Bu ərazilərə yalnız avtobusların giriş çıxışına icazə veriləcək
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
İngiltərədə tıxacların azaldılması məqsədilə bəzi yolların yalnız ictimai nəqliyyat üçün ayrılması təcrübəsi müzakirə mövzusu olaraq qalır. Bu modelin Azərbaycanda tətbiq olunub-olunmayacağı isə maraq doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, tıxac probleminin qarşısını almaq üçün dünyada müxtəlif addımlar atılır və bu, qlobal bir problemdir.
Onun sözlərinə görə, bir çox ölkələrdə elə küçə və yollar var ki, həmin ərazilərə yalnız ictimai nəqliyyatın girişinə icazə verilir.
Ekspert qeyd edib ki, bu cür praktikanın Azərbaycanda da tətbiqi mümkündür, lakin məsələ düşünülmüş şəkildə həyata keçirilməlidir:
“Belə yerlər seçilməlidir ki, orada yaşayan insanlar üçün ciddi problem yaranmasın, vacib giriş-çıxışlara məhdudiyyət tətbiq ediləndə əlavə çətinliklər ortaya çıxmasın. Elə ərazilər müəyyənləşdirilməlidir ki, həmin yollarda yalnız ictimai nəqliyyat işləyə bilsin və digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılsın”.
Y.Mustafayevin fikrincə, nəqliyyat vasitələrinin sayının sürətlə artmasının qarşısını almaq üçün bu cür tədbirlər qaçılmazdır:
“Nəqliyyat vasitələrinin artım tempini azaltmaq yalnız bu cür mexanizmlərlə mümkündür. Başqa alternativ yoxdur. Bu addımlar mərhələli şəkildə, zaman-zaman atılmalıdır”.
Qeyd edək ki, mütəxəssislər belə yanaşmanın düzgün planlaşdırıldığı təqdirdə həm tıxacların azalmasına, həm də ictimai nəqliyyatın daha cəlbedici olmasına töhfə verəcəyini bildirirlər.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 09 Yanvar 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















