Bu ərazilərə qar yağdı FAKTİKİ HAVA KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda arabir yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə intensiv xarakterlidir, dağlıq və dağətəyi rayonlarda qar yağır.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin dekabrın 26-sı saat 9:00-a olan məlumatında qeyd olunub.
Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 10, Kəlbəcər, Laçın, Qubadlıda 7, Daşkəsən, Qusarda (Laza) 5, Göygöldə 4, Xaltan, Qax (Sarıbaş), Qobustanda 3, Şəki (Kişçay), Qəbələ, Altıağac, Şuşada 2, İsmayıllı, Şamaxı, Biləsuvar, Yardımlı, Ağdam, Lerik, Gəncə, Şəmkir, Gədəbəy, Quba, Oğuz, Xankəndi, Xocalıda 1 sm-dir.
Düşən yağıntının miqdarı Astarada 24, Lənkəranda 20, Balakəndə 7, Bakıda və Abşeron yarımadasında 5, Tərtərdə 3, Bərdə, Naftalan, Göyçayda 2, Yevlax, Mingəçevir, Kürdəmir, Şabran, Lerik, Şamaxıda 1 mm-dir.
Dekabrın 25-də bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ, Neftçalada 20, Goranboyda 19, Salyan, Mingəçevir, Naftalan, Daşkəsəndə 18, Şirvanda 15 m/s-ə çatıb.
Sədərək, Şərur, Quba, Qusar, Xaltan, Şabran, Gəncə, Daşkəsən, Qax (Sarıbaş), Balakən, Şəki, Yevlax, Zərdab, İmişli, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
Baxış sayı:53
Bu xəbər 26 Dekabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















