Faktiki hava: bu ərazilərə yağış yağdı KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Azərbaycanda martın 23-ü günün birinci yarısında bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunub, 24-ü gecə və səhər isə əsasən yağmursuz keçib.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 24-ü saat 10:00-a olan məlumatında qeyd edilib.
Düşən yağıntının miqdarı Balakəndə 5, Xaltanda 4, Sədərəkdə 3, Şahbuz, Daşkəsən, Zaqatala, Şəki (Kişçay), Oğuz, Qobustan, Qrız, Xınalıq, Şahdağ, Göyçay, Biləsuvar, Şamaxı, Gədəbəy, Lerik, Altıağac, Qaxda (Sarıbaş) 1 mm-dək olub.
Bakıda və Abşeron yarımadası, Şəki, Balakən, Şəmkir, Daşkəsən, Göygöldə duman müşahidə olunur, görünüş məsafəsi 200 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, eləcə də Aran rayonlarında 21, dağlıq rayonlarda isə 11 dərəcəyədək isti qeydə alınıb.
Baxış sayı:184
Bu xəbər 24 Mart 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















