Icma.az
close
up
RU
Bu, Ermənistanın mina terrorunun beynəlxalq miqyasda “ev ev”, “qapı qapı” ifşasıdır!

Bu, Ermənistanın mina terrorunun beynəlxalq miqyasda “ev ev”, “qapı qapı” ifşasıdır!

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası uğurla davam edir. Cari il oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də İtaliyanın Roma, oktyabrın 21-də İtaliyanın Milan şəhərlərində keçirilən silsilə fotoekspozisiyalar böyük maraqla qarşılanıb.

Söz yox, faktlar əsasında gerçəkəşən ifşa!

“Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən həyata keçirilən “Minasız dünya” kampaniyasının ən mühüm xüsusiyyətlərindən biri Ermənistanın mina terrorunun konkret faktlar, inkaredilməz dəlillər əsasında ifşa edilməsidir. Layihədə Ermənistanın mina terrorundan zərər çəkən, sağlamlığını itirən vətəndaşlarımızın fotoları yer alıb ki, bu fotoların hər biri bir insanın faciəsindən, onun qəfil dəyişən, çətinləşən, bəzi hallarda tam bir ümidsizlik və çarəsizliklə nöqtələnən tale yolundan xəbər verir.

Avropada aparılan bu kampaniya Ermənistanın yalnız Azərbaycana deyil, ölkəmizin simasında bütün bəşəriyyətə qarşı amansız terror aktları həyata keçirdiyini sübut edir. “Minasız dünya” kampaniyası hər bir Avropa vətəndaşına aydın şəkildə izah edir ki, Ermənistanın mina terrorunun hədəfində bütün insanlıqdır və bu terrorun qarşısı nəyin bahasına olursa-olsun alınmalı, Ermənistan etdiyi bütün bu cinayətlərə görə cəzalanmalıdır.

Avropanı “şəhər-şəhər”, “ev-ev” dolaşan həqiqət!

“Minasız dünya” beynəlxalq kampaniyasının ən böyük üstünlüklərindən biri, bəlkə də birincisi onun Ermənistanın mina terrorunu “şəhər-şəhər”, “ev-ev” ifşa etməsidir. Kampaniya Avropanın bütün əsas şəhərlərinin izdihamlı məkanlarında aparılır ki, bu da daha çox insanın Ermənistanın mina terrorundan xəbərdar olmasını təmin edir.

Fotoekspozisiyaların silsilə şəklində, mütəmadi surətdə  nümayişi onun effektivliyini artırır, Avropadakı müxtəlif ölkə və şəhərlərin baş verənlər haqqında demək olar ki, eyni zaman kəsimində xəbər tutmasına şərait yaradır. Hansı ki, Avropa ictimaiyyətinin Ermənistanın mina terroru haqqında dolğun məlumatlanması əsrlər uzunudur ki, məqsədli şəkildə formalaşdırılan “məzlum erməni” obrazının və erməni riyakarlığının ifşası baxımından həyati əhəmiyyət kəsb edir.

İnanırıq ki, “Minasız dünya” beynəlxalq kampaniyası Azərbaycan həqiqətlərinin dünyada təbliğinə, erməni faşizminin terrorçu xislətinin ifşasına böyük töhfə verəcək, bu prosesi mahiyyət etibarilə yeni bir mərhələyə yüksəldəcək.

Xatırladaq ki, “Gilavar Foto Klubu” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir. Avropada keçirilən silsilə fotoekspozisiyalar  da məhz həmin qrant layihəsi çərçivəsində həyata keçirilir.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2026 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri