Icma.az
close
up
RU
Laçında bir qapı bağlanır, bəs hansı qapı açılır?

Laçında bir qapı bağlanır, bəs hansı qapı açılır?

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Laçında dörd minə yaxın kitabın qapısına qıfıl vurulur.

Bu cümlə ilk baxışda sadəcə bir inzibati qərarın təsviri kimi görünə bilər. Amma deyil. Çünki söhbət bir otağın, bir binanın, bir idarənin bağlanmasından getmir. Söhbət işğaldan azad edilmiş Laçında mədəni həyatın bir parçasının qapısının bağlanmasından gedir.

Biz illərlə Laçının azad olunacağı günü gözləmişik. O gün gələndə hamımızın gözünün qarşısında bir şəhərin yenidən qurulması başladı. Evlər tikildi, yollar çəkildi, parklar salındı. Laçın yenidən nəfəs almağa başladı.

Amma şəhəri yalnız daşla, betonla, asfaltla yenidən qurmaq mümkün deyil.

Şəhərin ruhunu da yenidən qurmaq lazımdır.

Çünki şəhər təkcə binalardan ibarət deyil. Şəhər onun yaddaşıdır. Kitablarıdır. Məktəbləridir. Kitabxanalarıdır. Teatrıdır. Musiqisidir. Sözüdür. İnsanların bir-birinə danışdığı hekayələrdir.

Elə buna görə də Laçında fəaliyyət göstərən “Simurq” kitabxanasının taleyi ilə bağlı yaranan suallar sadəcə bir kitabxananın taleyi deyil.

Məlumata görə, 4 fevral 2024-cü ildə yaradılan kitabxana qısa müddət ərzində dörd minə yaxın kitab toplayıb. Bu kitablar dövlət büdcəsindən ayrılmış vəsait hesabına alınmış cansız rəqəmlər deyil. Onların arasında müxtəlif elm və təhsil müəssisələrinin, yazıçıların, şairlərin, ziyalıların və ictimai fəalların könüllü şəkildə bağışladığı kitablar var.

Yəni bu fondun içində insanların Laçına olan münasibəti var.

Birinin evindən gətirdiyi kitab var.

Bir yazıçının imzası var.

Bir müəllimin bağışladığı kitab var.

Bir ziyalının “Laçında oxunsun” deyə göndərdiyi kitab var.

İndi isə həmin kitabxananın fəaliyyət göstərmədiyi və bağlanacağı barədə məlumatlar yayılır.

Və ortaya çox sadə, amma cavabı vacib olan suallar çıxır:

Niyə?

Kim belə qərar verib?

Kitabxana niyə fəaliyyət göstərmir?

Dörd minə yaxın kitabın taleyi necə olacaq?

Bu kitablar haraya köçürüləcək?

Laçında onun yerinə başqa kitabxana yaradılacaqmı?

Əgər yaradılacaqsa, nə vaxt?

Yaradılmayacaqsa, niyə?

Və ən başlıcası: işğaldan azad edilmiş Laçında yeni bir kitabxananı yaşatmaq niyə mümkün deyil?

Bu sualların cavabını ictimaiyyət bilməlidir.

Çünki burada söhbət yalnız “Simurq” kitabxanasından getmir. Burada söhbət bizim azad edilmiş ərazilərdə mədəniyyətə necə baxmağımızdan gedir.

Biz Laçına qayıdanda orada yalnız yeni binalar görmək istəmirik.

Biz orada həyat görmək istəyirik.

Uşaqların kitab oxuduğu kitabxanalar, gənclərin toplaşdığı mədəniyyət ocaqları, şeirlərin səsləndiyi tədbirlər, müzakirələr, sərgilər, tamaşalar istəyirik.

Çünki dağıdılmış şəhəri yenidən tikmək mümkündür. Amma şəhərin yaddaşını yalnız betonla bərpa etmək olmur.

Bir kitabxananın qapısı bağlananda əslində bir şəhərin gələcəyinə açılan kiçik bir pəncərə də bağlana bilər.

Ona görə də məsələni “bir kitabxana bağlandı” səviyyəsinə endirmək doğru deyil.

Burada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin də mövqeyi maraqlıdır. Nazirlikdən açıq və əsaslandırılmış şəkildə soruşmaq lazımdır: Laçında “Simurq” kitabxanasının fəaliyyətinin dayandırılması və bağlanması ilə bağlı məlumatlara münasibətiniz nədir?

Əgər bunun obyektiv və zəruri səbəbi varsa, cəmiyyətə izah edilməlidir.

Əgər kitabxananın başqa məkana köçürülməsi nəzərdə tutulursa, bu barədə məlumat verilməlidir.

Əgər yeni və daha böyük kitabxana yaradılacaqsa, bunu eşitmək, bilmək istəyirik.

Çünki etirazın məqsədi qapını hər vəchlə açıq saxlamaq deyil.

Məqsəd kitabın qapısının açıq qalmasıdır.

Laçın yenidən qurulur.

Bu, böyük və tarixi bir işdir. Amma Laçını yalnız yenidən tikmək kifayət etmir. Laçını yenidən yaşatmaq lazımdır.

Yaşayan şəhərdə kitabxana da yaşamalıdır.

Çünki kitabxana səssiz görünür, amma əslində ən çox danışan yerlərdən biridir. Orada bir xalqın yaddaşı rəflərə düzülür. Dünənlə sabah arasında körpü qurulur.

Dörd min kitab da sadəcə dörd min kitab deyil.

Onların hər biri bir səsdir.

Bir fikir.

Bir xatirə.

Bir ümid.

Və əgər bu kitablar Laçında qalacaqsa, onların qapısının bağlanmasına yox, daha çox insanın üzünə açılmasına ehtiyac var.

Biz Laçını yalnız yenidən tikmirik. Biz Laçını yenidən yaşadırıq.

Ona görə də Laçında kitabxananın qapısına vurulan qıfıl bizi narahat etməlidir.

Çünki bir şəhərdə yolların, binaların, parkların sayı qədər onun kitablarının da yeri var.

Və bəlkə də gələcəyin Laçınını ən yaxşı qoruyanlardan biri məhz o dörd min kitabdır.

Dörd min kitab – dörd min ümid deməkdir.

Onların qapısını bağlamaq yox, Laçının gələcəyinə açmaq lazımdır.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Avqust 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri