Bu ərzaqlar beyin qocalığının qarşısın alır DİQQƏT
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.
Yağ turşuları, antioksidantlar, karotenoidlər, "E" vitamini və xolinlər beyin sağlamlığını qorumağa kömək edir.
Bu barədə ABŞ-nin Nebraska Universitetinin alimləri araşdırma aparıblar. Onların tədqiqatlarının nəticələri "npj Aging" jurnalında dərc olunub.
Araşdırmada 65-75 yaşlı 100 nəfər koqnitiv sağlam insan iştirak edib. Onların həyat tərzi və rasionları haqqında məlumat toplanıb, qan nümunələri alınıb. İştirakçılar həmçinin koqnitiv bacarıqlarının qiymətləndirilməsi üçün testlərdən və beyin MRT-sindən (maqnit rezonans görüntüləmə) keçiblər.
Nəticələr göstərib ki, yaddaşı və diqqəti yaxşı olan insanlar yüksək miqdarda yağ turşuları olan məhsullar - yağlı balıq, qoz-fındıq, ispanaq, brokoli, tumlar və zeytun yağı istehlak ediblər.
O da müəyyən olunub ki, idrak sağlamlığını qorumaq üçün antioksidantlar və karotenoidlər vacibdir. Bu təbii faydalı maddələr bir çox meyvə, tərəvəz və giləmeyvələrdə olur. Onlar orqanizmin hüceyrələrini oksidləşdirici stressdən (xüsusi zərər formasından) qoruyurlar.
Bundan əlavə, qan biomarkerlərinin təhlili göstərib ki, "E" vitamini və xolin beynin qocalmasını ləngidə bilir. Heyvan mənşəli protein məhsulları bu qidalarla zəngindir.
Saglamolun.Az
Baxış sayı:79
Bu xəbər 16 Noyabr 2024 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















