Bu əsgərlərə pis xəbər: gec tərxis olunacaqlar SƏBƏB KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Hərbi xidmət keçən şəxsin cinayət işi üzrə həbs edilməsi onun hərbi xidmət statusuna təsir göstərir”.
KONKRET.az xəbər verir ki, globalinfo.az-ın əldə etdiyi məlumata görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda qeyd olunur ki, hərbi qulluqçunun həbsdə olduğu müddət cinayət işinə xitam verildiyi və ya şəxs barəsində bəraət hökmü çıxarıldığı halda hərbi xidmət müddətinə daxil edilir.
Əgər hərbi qulluqçu xidmət müddəti başa çatmadan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərsə, həmin müddət, ümumi qayda olaraq, hərbi xidmət müddətinə hesablanmır.
Qanunvericilikdə belə şəxslərin məhkumluğu ödənildikdən və ya götürüldükdən sonra müəyyən hallarda hərbi xidmətin qalan hissəsini başa çatdırmaq üçün yenidən hərbi xidmətə çağırılması da nəzərdə tutulur.
Beləliklə, hərbi xidmət zamanı həbs olunmaq şəxsin avtomatik olaraq hərbi xidmətini başa vurması demək deyil. Qanunvericilikdə nəzərdə tutulan hallarda şəxs həbs müddətini başa vurduqdan sonra hərbi xidmətinin qalan hissəsini keçmək üçün yenidən hərbi xidmətə qaytarıla bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 21 Sentyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















