Bu estetik prosedurlardan sonra kor ola bilərsiniz Ciddi xəbərdarlıq
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mütəxəssislər bildirirlər ki, üz nahiyəsinə edilən kosmetik dolğu (filler) inyeksiyaları zamanı qan damarlarının tıxanması riski xüsusilə təhlükəlidir. Belə hallarda qan axını pozulduğu üçün dəri itkisi, toxuma ölümü və hətta korluq kimi ağır fəsadlar yarana bilər.
Redaktor.az xəbər verir ki, son araşdırmada 100 yanlış dolğu müdaxiləsi ultrasəs vasitəsilə analiz edilib. Alimlər klinikalara dolğu inyeksiyasından əvvəl ultrasəs müayinəsi aparmağı tövsiyə edirlər ki, inyeksiya zamanı arteriyalara zərər verilməsin.
Araşdırmanın rəhbəri, Braziliyanın San-Paulo Universitetindən Dr. Rosa Siqrist deyir ki, nadir hallarda rast gəlinməsinə baxmayaraq, "damar tıxanması" (vaskulyar oklüziya) xəstədə ciddi deformasiyalara səbəb ola bilər. Dolğu maddəsinin damar içərisinə və ya çox yaxın yerə vurulması dərinin ölümü, üz nahiyəsinin forması dəyişməsi kimi ağır nəticələr yaradır.
Dr. Siqristin sözlərinə görə, burun ətrafı bölgə daha təhlükəlidir, çünki həmin nahiyədəki damarlar başın həyati vacib hissələri ilə əlaqəlidir. Bu damarlarda zədə dəri zədələnməsi, görmə itkisi və hətta insult yarada bilər.
Tədqiqat 2022-2025-ci illər arasında Braziliya, Kolumbiya, Çili, Niderland və ABŞ-da aparılıb və nəticələr Radiologiya Cəmiyyəti Assosiasiyasının illik toplantısında təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 05 Dekabr 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















