Bu estetik prosedurlardan sonra kor ola bilərsiniz Xəbərdarlıq
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Alimlər üz bölgəsinə edilən dolğu prosedurlarının nadir hallarda da olsa, damarların tıxanmasına səbəb olaraq toxuma itkisi, üz deformasiyası və hətta korluq kimi ağır fəsadlar yarada biləcəyini açıqlayıblar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya, Kolumbiya, Çili, Niderland və ABŞ-də aparılan araşdırmada uğursuz 100 dolğu əməliyyatı analiz edilib.
Ultrasəs müayinələri göstərib ki, dermal dolğular bəzi hallarda üz damarlarında qan axınını tamamilə dayandırır.
Araşdırmanın rəhbəri Dr. Rosa Siqrist xüsusilə burun ətrafının ən riskli zona olduğunu bildirib və inyeksiyalar zamanı ultrasəsdən istifadə edilməsini tövsiyə edib.
Onun sözlərinə görə, vaxtında müdaxilə olunmazsa, nəticə korluğa qədər gedə bilər.
İngiltərə hakimiyyəti isə yüksək riskli kosmetik müdaxilələrin yalnız ixtisaslı mütəxəssislər tərəfindən aparılması üçün yeni qaydalar hazırlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Dekabr 2025 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















