Icma.az
close
up
RU
Bu əşyaları hamamda saxlamaq təhlükəli ola bilər XƏBƏRDARLIQ

Bu əşyaları hamamda saxlamaq təhlükəli ola bilər XƏBƏRDARLIQ

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Hamam otağı şəxsi gigiyena vasitələrinin saxlanıldığı əsas məkan hesab olunsa da, mütəxəssislər bildirirlər ki, yüksək rütubət və temperatur bir çox əşyanın keyfiyyətini aşağı salır, hətta sağlamlıq üçün risk yarada bilər.

Qaynarinfo xəbər verir ki, ekspertlərin sözlərinə görə, insanların gündə orta hesabla 30 dəqiqə vaxt keçirdiyi hamam otağında bəzi əşyaların saxlanılması bakteriyaların çoxalmasına, məhsulların xarab olmasına və istifadə müddətinin qısalmasına səbəb olur.

Sabun

Sabunun duşun birbaşa su axınının altında saxlanılması onun daha tez əriməsinə və istifadə müddətinin qısalmasına gətirib çıxarır. Mütəxəssislər sabunun suyun üzərində qalmadığı, deşikləri olan sabunluqda saxlanılmasını tövsiyə edirlər.


Makiyaj fırçaları

Makiyaj fırçaları mütəmadi təmizlənsə belə, hamam otağındakı rütubət onların üzərində kif və bakteriyaların yaranmasına şərait yaradır. Buna görə fırçaların qurudulduqdan sonra quru otaqda saxlanılması məsləhət görülür.

Ətir

Ətir şüşələrinin hamam otağında saxlanılması istilik və rütubətin təsiri nəticəsində tərkibinin dəyişməsinə və qoxusunun pozulmasına səbəb ola bilər. Ətirləri sərin və quru şkafda saxlamaq daha məqsədəuyğundur.

Dəsmal

İstifadə olunmuş nəm dəsmallar bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Mütəxəssislər dəsmalların hər üç istifadədən bir yuyulmasını və yenidən istifadə edilməzdən əvvəl tam qurudulmasını tövsiyə edirlər.

Ülgüc

Hamam otağındakı rütubət ülgüc bıçaqlarının paslanmasına səbəb olur və onların istifadə müddətini azaldır. İstifadədən sonra ülgüc qurudulmalı və quru yerdə saxlanmalıdır.

Dəriyə qulluq kremləri

Kremlərin hamam otağında saxlanılması qablaşdırma tam bağlanmadıqda bakteriyaların yaranmasına səbəb ola bilər. Mütəxəssislər bu məhsulların quru və sərin yerdə, hətta bəzi hallarda soyuducuda saxlanılmasını tövsiyə edirlər.

Zinət əşyaları

Hamam otağındakı rütubət qızıl istisna olmaqla bir çox metal zinət əşyasının oksidləşməsinə, parlaqlığını itirməsinə və qaralmasına səbəb olur. Buna görə onların başqa yerdə saxlanılması daha məqsədəuyğundur.

Mobil telefon

Telefonu hamam otağında istifadə etmək gigiyena baxımından təhlükəli olmaqla yanaşı, yüksək rütubət cihazın dinamiklərinə və ekranına da zərər verə bilər. Duş zamanı musiqi dinləmək istəyənlərə suya davamlı dinamiklərdən istifadə tövsiyə olunur.

Xalat

Nəm xalatlar da dəsmallar kimi bakteriya və göbələklərin çoxalmasına şərait yaradır. Mütəxəssislər xalatın hamam otağında deyil, yaxşı havalanan yerdə qurudulmasını məsləhət görürlər.

Diş fırçası

Mütəxəssislərin sözlərinə görə, unitazın qapağı açıq vəziyyətdə sifon çəkildikdə mikroblar 3 metrədək məsafəyə yayıla bilir. Bu səbəbdən diş fırçasının unitazdan mümkün qədər uzaqda və tam quru şəraitdə saxlanılması tövsiyə olunur.

Ekspertlər bildirirlər ki, bu sadə qaydalara əməl etmək həm şəxsi gigiyenanı qorumağa, həm də istifadə olunan məhsulların keyfiyyətini və istifadə müddətini artırmağa kömək edir.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyul 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri