Yayda avtomobildə bu əşyaları saxlamaq təhlükəlidir XƏBƏRDARLIQ
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yay aylarında avtomobildə unudulan bəzi əşyalar ciddi təhlükə yarada bilər. Sosial şəbəkələrdə yayılan görüntülərdən birində portağal şirəsi ilə dolu termosun yüksək temperatur səbəbindən partlaması nəticəsində avtomobilin ön şüşəsinin zədələndiyi əks olunub.
Avtosfer.az xəbər verir ki, hadisə isti havada günəş altında park edilmiş avtomobildə baş verib. Məlumata görə, sürücünün avtomobildə unutduğu portağal şirəsi ilə dolu termos yüksək temperaturun təsiri ilə içəridə qaz təzyiqi yaradıb. Nəticədə termosun qapağı böyük sürətlə yerindən çıxaraq avtomobilin ön şüşəsini sındırıb.
Mütəxəssislər bildirirlər ki, günəş altında qalan avtomobilin salonunda temperatur qısa müddətdə 60-70 dərəcəyə çata bilir. Belə şəraitdə tərkibində şəkər olan meyvə şirələri və digər təbii içkilər qıcqırma prosesinə başlayır. Qapalı qabda yaranan karbon qazı təzyiqi artdıqca, termosun və ya qabın partlama ehtimalı yüksəlir.
Hadisə zamanı avtomobildə heç kimin olmaması daha ağır nəticələrin qarşısını alıb. Sürücü bildirib ki, hadisə hərəkət zamanı baş versəydi, ciddi xəsarətlərə səbəb ola bilərdi.
Mütəxəssislər yay aylarında avtomobildə meyvə şirələri, süd məhsulları, qazlı içkilər, alışqan, aerozol spreylər, enerji bankları (powerbank) və digər litium-ion batareyalı cihazların uzun müddət saxlanılmasını tövsiyə etmirlər. Həmçinin, su ilə dolu plastik butulkaların da günəş şüalarını linza effekti ilə bir nöqtəyə yönəldərək avtomobil salonunda yanğın riski yarada biləcəyi vurğulanır.
Ekspertlər sürücülərə isti havalarda avtomobildən düşərkən potensial təhlükə yarada biləcək əşyaları salonda saxlamamağı tövsiyə edirlər. Bu, həm avtomobilin qorunması, həm də təhlükəsizliyin təmin olunması baxımından vacib hesab olunur.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 04 Avqust 2026 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















