Bu ət mağazasında nöqsanlar aşkarlandı FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Sübhi Firudin oğlu Kişiyevə məxsus ət satışı mağazasında yoxlama keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Ət məhsullarının satışının obyektdən kənarda, yol qırağında həyata keçirildiyi məlum olub. Eyni zamanda, mağazada sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 22 Aprel 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















