Icma.az
close
up
RU
Bu restoranlarda nöqsanlar aşkarlandı FOTOLAR

Bu restoranlarda nöqsanlar aşkarlandı FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kütləvi tədbirlər zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar hazırlıq işlərini davam etdirir.

Bu barədə "Unikal"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri və Göygöl rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektlərinin qida təhlükəsizliyi sahəsində qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirib. Bəzi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb, nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə III MDB Oyunları təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

№

Müəssisə

Ünvan

Aşkarlanan nöqsanlar

1

"Gilavar-2" restoranı

Göygöl şəhəri, A.Kazımov küçəsi

1.Mətbəx və manqal sahələrində havalandırma sisteminin qurulmadığı

2.Soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu

3.Qida məhsullarının qəbuluna və istifadəsinə dair nəzarətin aparılmadığı, filtrasiya və təmizləmə proseslərinin kifayət etmədiyi

4.Qida məhsullarının emalı, istehsalı və saxlanması üçün tələb olunan şəraitin təmin edilmədiyi

2

"Üç Qardaş" restoranı

Gəncə şəhəri, Gülüstan qəsəbəsi

1.İstehsal və köməkçi sahələrdə temperatur və təmizlik nəzarətinin aparılmadığı

2.İşçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmədiyi

3.Qəbul edilən məhsulların etiketlənməsi, qablaşdırılması və yararlılıq müddətinə nəzarət olunmadığı, yararlılıq müddəti bitmiş məhsulların satışına yol verildiyi

3

"Kolorit" restoranı

Gəncə şəhəri, Cavadxan

küçəsi 2

1.Anbar sahəsinin standartlara uyğun olmadığı

2.Mətbəxdə divar səthlərinin tamlığının pozulduğu,  havalandırma sisteminin standartlara uyğun olmadığı

3.Fritoz yağlarının vaxtlı-vaxtında dəyişdirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi

4

"Aşurlu" restoranı

Gəncə şəhəri, Totanlı

küçəsi 36

1.Toyuq ətinin keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədin mövcud olmadığı

2.Keyfiyyəti və mənşəyi barədə məlumat olmayan süd məhsullarından istifadə edildiyi, üzərində istehsalçı, tərkib, istehsal tarixi və saxlanma şəraiti ilə bağlı qeydlərin olmadığı

3.Çalışan işçilərin sanitar geyim forması ilə təmin olunmadığı

5

"Polad" restoranı

Gəncə şəhəri, H.Əliyev və P.Səmədov küçələrinin kəsişməsi

1.Qida məhsulu ilə təmasda olan material və məmulatların saxlanması üçün sahə və bölmələrin ayrılmadığı

2.İstifadə olunan qapalı, su sızdırmayan, pedallı, yuyulabilən və içərisinə tullantı torbası yerləşdirilə bilən tullantı qutularının mövcud  olmadığı

3.Mətbəx və manqal sahəsində istifadə olunan alət və avadanlıqların təmizlənəbilən, korroziyaya davamlı və qeyri-toksik materialdan hazırlanmadığı

6

"Aytac" restoranı

Gəncə şəhəri, Ü.Hacıbəyov və S.Şirazi küçələrinin kəsişməsi

1.Qida məhsullarında istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi

2.Müəssisənin emal və yardımçı sahələrində döşəmə və divar səthlərinin tamlığının pozulduğu

3.Mətbəxdə istifadə olunan masaların standartlara uyğun olmadığı

4.Mətbəxdə pəncərələrin sınıq olduğu və standartlara uyğun olmadığı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri