Icma.az
close
up
RU
Bu evlər ucuzlaşacaq: Ev alanda kommunal xərci özünüz hesablaya biləcəksiniz

Bu evlər ucuzlaşacaq: Ev alanda kommunal xərci özünüz hesablaya biləcəksiniz

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlayır. 

Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq. Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyət qoyulacaq. 

Bununla yanaşı, Azərbaycanda yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq. Məsələ artıq Milli Məclisin plenar iclasında müzakirə edilib və birinci oxunuşda qəbul olunub. 

Pasportlaşdırma qanun qüvvəyə mindikdən sonra yalnız yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binalara şamil ediləcək. Mövcud, yəni istismarda olan binalar bu tələbdən kənarda qalacaq. 

Qayda və mexanizmlər Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək. 

Bütün bu layihələr onsuz da baha olan mənzillərin daha da bahalaşmasına gətirib çıxarmayacaqmı? 

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, yeni dəyişikliklər, tikinti istiqamətində yeni normativlərin qəbul olunması, habelə enerji pasportunun bundan sonra tikiləcək binalar üçün məcburi xarakter daşıması kimi məsələlər tikintiyə nəzarətin güclənməsinə və eyni zamanda, tikintinin keyfiyyətinin artırılmasına səbəb olacaq: 

“İctimaiyyət narahat idi ki, tikintinin keyfiyyəti ölkədə baş verən hər hansı bir təbii fəlakət nəticəsində hansı reaksiyanı verə, keyfiyyət nə qədər davamlı və dayanıqlı ola bilər. Artıq yeni qəbul olunmuş qaydalardan, tikinti normalarından sonra əminliklə demək olar ki, həmin normalara, yalnız qaydalar, sənədlər üzərində deyil, praktikada da əməl olunarsa, Azərbaycan əhalisinin, xüsusilə də Bakı və Abşeron əhalisinin təbii fəlakət qarşısında aciz qalması tamamilə istisnadır. 

Yəni bu normalar imkan verəcək ki, vətəndaşlarımız yüksək dayanıqlı, müasir standartlara cavab verən tikililərdən mənzillər əldə edə bilsinlər. Birinci, yeni tikinti normalarında yüksək mərtəbəli binlarda müvafiq göstəricilərin müəyyən olunması və eyni zamanda, tikintiyə hazırlıq mərhələsində tikintiyə icazənin alınması üçün lazım olan layihə sənədlərində məhz tikinti ilə bağlı bütün proseslərin detallı şəkildə əks olunmasının tələb olunması onu göstərir ki, doğrudan da tikintinin bütün mərhələlərində müvafiq dövlət qurumlarının, həm tikintinin təhlükəsiz şəkildə aparılmasına, həm tikinti materiallarının keyfiyyətinə, həm də müasir standartlardan irəli gələn tələblərə cavab verməsinə birmənalı şəkildə nəzarət olunacaq. 

Son yeni tikilmiş binalardakı tikinti normalarında qeyd olunub ki, bina tikən təşkilatlar, sahibkarlar, MTK-lar yalnız o tikintinin tez bir zamanda təhvil verilməsinə deyil, eyni zamanda normativlərə uyğun şəkildə həyata keçirilməsinə cavabdeh olmalıdırlar. Tikintinin əsas yola çıxışı, binanın ətrafında normativlərə uyğun tələb olunan sahələrin yaradılması, habelə binalararası məsafənin təmin olunması, eləcə də binanın həyətinə yanğınsöndürən maşınların daxil olması üçün şəraitin yaradılması, hər hansı təxliyə zərurəti yaranarsa binadan təxliyənin müasir keyfiyyətə və standartlara uyğun şkildə həyata keçirilməsi üçün şəraitin olması və digər amillərin hamısı məhz yeni qəbul olunmuş normalarda öz əksini tapıb”. 

AQC sədrinin sözlərinə görə, eyni zamanda enerji paspotu mənzil alarkən binanın istilik ötürücülüyü səviyyəsini, elektrik enerjisinin sərfiyyat həcmini, habelə həmin binanın müəyyən olunan keyfiyyət tiplərindən hansına məxsus olmasını araşdırmaq imkanı yaradacaq:

“Mənzil alarkən məhz enerji pasportunun tələb olunması kifayət edəcək ki, vətəndaş yeni mənzil əldə etdikdən sonra enerjidaşıyıcılarına yönəlik xərclərin nə qədər olacağını hesablaya bilsin. Çünki enerji pasportunda binanın bütün tikinti həcmi özünü göstərir. 

Eləcə də ehtimal olunan enerji sərfiyyatı o sənəddə qeyd olunur. Yəni 1 kvadratmetrə düşən enerji sərfiyyatı hesablanır. Eyni zamanda, divarların, döşəmənin və tavanın istilik ötürmə imkanları həmin sənəddə qeyd olunur. Yeni tələblərə uyğun olaraq izolyasiya materiallarından istifadə olunması tikinti şirkətlərinin qarşısında ciddi tələb kimi qoyulur ki, o, həm xarici temperaturun otağa daxil olmasını məhdudlaşdıracaq, həm qənaətli enerji sərfiyyatını təmin edəcək. 

Eyn zamanda, avtomatlaşdırılmış isitmə sistemlərini təmin edəcək. Yəni elə kombilər var ki, mövsimi olaraq avtomatik olaraq özlərini tənzimləyir. İsti havada daha az elektrik enerjisinin sərfiyyatı gerçəkləşir, soyuq havada daha çox olur. Yəni bu, hava ilə tənzimlənir. İndi də binanın məhz istiliklə təmin olunması, enerji daşıyıcılarına qənaət, yaşıl iqtisadiyyatın tələbləri əsasında istifadə olunması, A və B tipli binalara daha çox tələbat yaradacaq. 

Eyni zamanda, bazar təklif qiymətləri də məhz A və B tipli binalarda daha yüksək olacaq. Vətəndaşlar artıq normativlərə uyğun şəkildə mənzillərin əldə edilməsi üçün daha çox ödəniş etməli olacaqlar. Bu da daşınmaz əmlak bazarında keyfiyyətli binaların, mənzillərin qiymətinin artmasına səbəb olacaq. Əksinə həmin keyfiyyətə cavab verməyən binaların isə tələbdən kənarda qalması, qiymətinin isə enməsi ilə nəticələnəcək”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: evlər kommunal Vüqar Oruc

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri