Icma.az
close
up
RU
“Özünüz yazdığınız qaydanı, özünüz pozursunuz” Aparıcı taksi məhdudiyyətlərini tənqid etdi

“Özünüz yazdığınız qaydanı, özünüz pozursunuz” Aparıcı taksi məhdudiyyətlərini tənqid etdi

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhərə taksi sifarişlərinə məhdudiyyət qoyulub. Yeni qaydalar  ictimai narazılığa səbəb olub.

İnsanlar hesab edirlər ki, bu qərarla sərnişinlərin seçim azadlığı məhdudlaşdırılır, sürücülərin isə fəaliyyət imkanları daraldılır.

Həmçinin, sərnişin daha sərfəli seçimdən məhrum olur, sürücülər isə qanuni fəaliyyət göstərsələr də əlavə çətinliklərlə üzləşirlər.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan “Avtostop” verilişinin aparıcısı Tural Yusifov bildirib ki,“Yüksək xidmət” adı altında tətbiq edilən bu mexanizm əslində süni taksi qıtlığı yaradaraq sərnişinləri məcburi şəkildə müəyyən şirkətlərin xidmətindən istifadə etməyə vadar edir:

“Hələ bir ədəd belə əsaslandırılmış fikrə rast gəlmədik ki, niyə belə qərar verilib? Sərnişinə yüksək xidmət dedikdə nəyi nəzərdə tuturlar?

Mən sərnişin olaraq nə ilə gedəcəyimizi özüm seçməli deyiləm ki? Və ya bu taksi sürücüləri kursa gedəndən, vergi ödəyicisi olandan sonra onların sərnişin daşımaq hüququ niyə məhdudlaşdırılır?

Süni taksi qıtlığı yaradıb “Hava Limanı”-da olan taksiləri seçmək məcburiyyətində saxlamaqla biznes olmur, cənablar. Sadəcə Hava limanı taksiləri və digər taksilər üçün ayrıca yer ayrırsınız. Hər yerdə belədir. İstəyərəm London taxi ilə gedərəm, istəyərəm Əhmədin maşını ilə. Özünüz yazdığınız qaydanı, özünüz pozursunuz.

Məncə səmimi olmaq lazımdır. Demək lazımdır ki: “Yoldaşlar, biz London Taxi gətirmişik. Amma bu biznesi idarə edə bilmirik. Menecmentimiz zəifdir. Hədəf kütləmizi, müştərimizi tanımırıq. CRM yox, marketing yox, komunikasiya 0. Alınmır da bizdə. Biz də bu işi bilən meneceri işə götürmək istəmirik ki, investor qarşısında bu işi bilməyən kimi görünəcəyik.

Ona görə inzibati güclərdən istifadə edərək süni ehtiyac yaradırıq. Daha sərfəli qiymətə gedənləri sıradan çıxardıb özümüzə müştəri tapırıq. Bunu da “müştərilərə qayğı” adı ilə bəzəyirik. Nə olar ki, bizim taksilərdən istifadə edəndə? 1000 manat verib Tiflisə uça bilirsiz, bizim taksiyə 20 manat vermək istəmirsiz? Bəs biz dolanmayaq?”.

Aparıcı vergi ödəyicisi olan və bütün icazə sənədlərinə malik taksi sürücülərinin üzləşdiyi problemlərə də diqqət çəkib:

“- Sərnişin mindirib düşürmək icazəsinin olmaması (taksi duracaqları azdır, əlverişsizdir və hələ də rəqəmsallaşmayıb. Sifarişi edən sərniş dayanmağın qadağan olunduğu ərazilərdən sifariş verə bilir)

– Taksi duracağında dayanmış sürücünün üzərində “taksi” yazısı olmamasına görə cərimələnməsi

– Sənədi olmayan, “mən burda doğulandan taksi kimi işləyirəm” deyənlər tərəfindən sıxışdırılması

– Hava limanından sərnişin götürə bilməməsi.”

Firuzə Mahmudova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri