Icma.az
close
up
RU
Bu fermerlərə dövlət dəstək verəcək: Aylıq 360 manat...

Bu fermerlərə dövlət dəstək verəcək: Aylıq 360 manat...

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Aqrar Subsidiya Şurası 2026-cı il üçün subsidiya əmsallarını dəyişib. O cümlədən, 2026-cı ildə kartof əkinləri üçün 360 manat subsidiya nəzərdə tutulub.
Tam yetərli olmasa da, müəyyən qədər dəstəkdir. Çünki dağlıq rayonlarda, yəni kartofçuluqla məşğul olan bölgələrdə əhalinin imkanı məhdud olduğuna görə çoxları kartof əkə bilmir. Kartof əkinlərinə subsidiyanın əsas məqsədi də kartof əkini üçün yararlı olan ərazilərdə yaşayan kəndliləri bu sahəyə cəlb etməkdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib. 
O bildirib ki, təkcə kartof deyil, çəltik, qarğıdalı, darı, arpa, buğda, yerfındığı, zəfəran, tərəvəz, bostan bitkiləri, tütün, şəkər çuğunduru, çay və intensiv meyvə bağları kimi bir çox məhsul üzrə də subsidiya nəzərdə tutulur:
"Bu, kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün böyük bir dayaqdır.
Subsidiya kənd təsərrüfatı ilə məşğul olan insanlara göstərdikləri fəaliyyətə dəstək olaraq dövlət tərəfindən verilən əvəzsiz maliyyə vəsaitidir. Yəni, bu bir növ köməkdir, geri qaytarılmır, tamamilə əvəzsiz təqdim olunur.
Subsidiya həm heyvandarlıq sahəsinə, həm də əkinçilikdə müxtəlif bitkilərə görə tətbiq edilir. 2026-cı ildə isə, inşallah, kartof üçün 360 manat subsidiya veriləcək. Əminəm ki, bu dövlət dəstəyi Gədəbəy, Tovuz, Şəmkir rayonlarında kartof əkini ilə məşğul olan sahibkarları daha da həvəsləndirəcək və nəticədə bazarda bolluq yaranacaq.
Bu isə bütövlükdə əhalinin xeyrinədir. Beləliklə, həm kənd təsərrüfatı ilə məşğul olan insanların maddi rifahı yüksələcək, həm də əhali bazardan daha ucuz və keyfiyyətli kartof əldə edə biləcək".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Sentyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri