Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Bu fondların gəlirləri və xərcləri artırılır

Bu fondların gəlirləri və xərcləri artırılır

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (DSMF) gəlirlərinin 260,7 milyon manat təşkil edəcəyi gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,5 % çoxdur.

İSF-nin gəlirlərinin 206,4 milyon manatı onun büdcə gəlirləri (11,7 % çox), 54,3 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (2 % çox) hesabına formalaşdırılmalıdır.

Büdcə gəlirlərinin strukturundə əsas yeri həmişəki kimi işsizlikdən sığorta haqları tutacaq. Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 11,7 % çox – 206,3 milyon manat olacağı proqnozlaşdırılır. O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 9,7 % artaraq 24,9 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 9,7 % artaraq 24,9 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 12,4 % artaraq 156,6 milyon manat təşkil etməlidir.

2025-ci ildə İSF-nin xərclərinin də 2024-cü illə müqayisədə 9,5 % çox – 260,7 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. O cümlədən, işsizliyə görə sığorta ödənişləri 13,3 % artaraq 17 milyon manat, peşə hazırlığı və əlavə təhsil xərcləri dəyişməyərək 35 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi xərcləri dəyişməyərək 1,5 milyon manat, əmək yarmarkalarının və əmək birjalarının keçirilməsi xərcləri dəyişməyərək 0,5 milyon manat, Haqqı ödənilən ictimai işlərə görə xərcləri 26 % azalaraq 3,7 milyon manat, özünüməşğulluq tədbirlərinin keçirilməsi xərcləri 5,5 % artaraq 77 milyon manat, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi xərcləri dəyişməyərək 4 milyon manat, peşə standartlarının hazırlanması xərcləri dəyişməyərək 1 milyon manat, Fondun aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların saxlanılması xərcləri 21,8 % artaraq 67 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin müştərək maliyyələşdirilməsi xərcləri 11,1 % artaraq 50 milyon manat, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması xərcləri dəyişməyərək 1 milyon manat, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi xərcləri 2 dəfə artaraq 2 milyon manat, qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlərin xərcləri isə dəyişməyərək 1 milyon manat təşkil etməlidir.

X X X

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 7 milyard 676,4 milyon manat təşkil edəcəyi gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,45 % çoxdur.

DSMF-nin gəlirlərinin 7 milyard 617,4 milyon manatı onun büdcə gəlirləri (13,3 % çox), 59 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (74 % az) hesabına formalaşdırılmalıdır.

Büdcə gəlirlərinin strukturundə əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq. Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9,5 % çox – 5 milyard 997,4 milyon manat olacağı proqnozlaşdırılır. O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1 % artaraq 1 milyard 791,5 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 7,1 % artaraq 244,3 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 17 % artaraq 3 milyard 961,6 milyon manat təşkil etməlidir.

Bundan başqa, DSMF-nin büdcə gəlirlərinin digər tərkib hissələri olan sair gəlirlərin 57,5 % artaraq 20 milyon manata (o cümlədən sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmaların 8,3 % artaraq 2,6 milyon manat), Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin isə 29,9% artaraq 1 milyard 600 milyon manat təşkil edəcəyi gözlənilir.

2025-ci ildə DSMF-nin xərclərinin də 2024-cü illə müqayisədə 10,45% çox – 7 milyard 676,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Xərclərin strukturundə əsas yeri həmişəki kimi əhaliyə ödənişlər tutacaq. Gələn il bu istiqamətdə xərclərin bu ilə nisbətən 10,5 % çox – 7 milyard 408,9 milyon manat olacağı gözlənilir. O cümlədən, əmək pensiyalarının ödənilməsi xərcləri 10,5 % artaraq 7 milyard 210,5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri isə 9,25 % çox – 198,4 milyon manat təşkil etməlidir.

Bundan başqa, Fondun xərclərinin digər tərkib hissələri olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclərin 2 % artaraq 25 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərclərinin 10,8 % artaraq 87 milyon manat, qurumun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 10,6 % artaraq 149,4 milyon manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərclərinin dəyişməyərək 0,1 milyon manat, sair xərclər isə 17,65 % artaraq 6 milyon manat olacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri