Bu formada ödəniş ala bilərsiz: Çoxunun bilmədiyi QAYDALAR
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ögey ata və analar müəyyən hallarda onları tərbiyə edib saxlamış ögey övladlarından məhkəmə yolu ilə maddi təminat tələb edə bilərlər.
Avtosfer.az xəbər verir ki, ögey ata və ananın belə tələb irəli sürməsi üçün onların ögey oğul və ya qızlarını tərbiyə etməsi və ya saxlaması, öz yetkinlik yaşına çatmış övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilməməsi əsas şərtlərdəndir.
Bu halda əmək qabiliyyətli və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat tələb edilə bilər.
Lakin ögey ata və ananın bu hüququ bütün hallarda tətbiq olunmur. Onlar ögey oğul və qızlarını beş ildən az müddətdə tərbiyə edib və ya saxlayıblarsa, məhkəmə ögey övladları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər.
Həmçinin ögey ata və ana ögey oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməyiblərsə, məhkəmə onların saxlanılması öhdəliyindən ögey övladları azad edə bilər./ajans.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 05 Oktyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















