Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Ev kirayələyənlərin çoxunun bilmədiyi təhlükə XƏBƏRDARLIQ!

Ev kirayələyənlərin çoxunun bilmədiyi təhlükə XƏBƏRDARLIQ!

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Payız aylarında kirayə mənzil axtaranların sayı artır. Tələbələr, yeni işə başlayanlar və başqa ərazilərdən Bakıya köçənlər qısa müddətdə ev tapmağa çalışırlar. Bu zaman isə elanda göstərilən qiymətlə sonradan tələb olunan məbləğ arasında fərq, əlavə ödənişlər və sənədləşmə məsələləri kirayəçini çətin vəziyyətdə qoya bilər.

“Yeni Sabah” xəbər verir ki, kirayə ev götürərkən yalnız mənzilin aylıq qiymətinə baxmaq kifayət etmir. İlk ay üçün ödəniləcək ümumi məbləğ, kommunal borclar, depozitin qaytarılması şərtləri və müqavilənin olub-olmaması əvvəlcədən dəqiqləşdirilməlidir.

Elan başqa, son qiymət başqa ola bilər Dominos pizza

Kirayə bazarında ən çox rast gəlinən problemlərdən biri elanda göstərilən qiymətin mənzilə baxış zamanı dəyişməsidir. Məsələn, elan 500 manata yerləşdirilir, lakin ev sahibi və ya vasitəçi mənzilə baxdıqdan sonra “qiymət qalxıb”, “bu qiymət yalnız uzunmüddətli kirayə üçündür” və ya başqa şərt irəli sürə bilər. Buna görə mənzilə getməzdən əvvəl aylıq kirayə haqqının dəqiq məbləğini yazışma yolu ilə təsdiqləmək daha təhlükəsizdir.

Bundan başqa, bəzi hallarda kirayə haqqından əlavə depozit və makler xidmət haqqı da tələb olunur. Beləliklə, 500 manatlıq ev üçün ilk ayda 500 manat deyil, 1000 manat və ya daha çox pul lazım gələ bilər.

Depozit məsələsi necə həll olunur?

Son dövrlərdə kirayə bazarında depozit tələbinə daha çox rast gəlinir.  Bir müddət əvvəl əmlak eksperti Elnur Fərzəliyev də depozitin ev sahibinin razılaşması ilə müəyyənləşdirildiyini və bir aylıq kirayə haqqı qədər ola bildiyini bildirib. Burada əsas məsələ depozitin verilib-verilməməsindən çox, onun hansı halda qaytarılacağının əvvəlcədən yazılı şəkildə müəyyən edilməsidir.

Məsələn, müqavilədə depozitin evdə yaranan zərərin, ödənilməmiş kommunal borcun və digər razılaşdırılmış öhdəliklərin qarşılanması üçün saxlanıldığı qeyd oluna bilər. Evdən çıxarkən isə kirayəçi depozitin nə vaxt və hansı şərtlərlə geri qaytarılacağını bilməlidir.

Ən təhlükəli vəziyyət depozitin verilməsi, lakin bununla bağlı heç bir yazılı sübutun olmamasıdır.

Makler haqqını əvvəlcədən soruşun

Kirayə mənzil axtaranların qarşılaşdığı digər xərc makler komissiyasıdır. Bu ödəniş üçün vahid məbləğ müəyyən edilmədiyindən, vasitəçinin xidmət haqqı barədə razılaşma əvvəlcədən aparılmalıdır. Xüsusilə “ev sahibindən heç nə alınmır” ifadəsi kirayəçinin ümumiyyətlə əlavə xərc çəkməyəcəyi anlamına gəlmir. Vasitəçinin xidmət haqqının nə qədər olduğu və kimin tərəfindən ödəniləcəyi dəqiq soruşulmalıdır.

Mənzili görməmişdən və şərtləri bilmədən “beh”, “bron pulu” və ya xidmət haqqı göndərmək də risklidir. Ödəniş edilirsə, bunun nə üçün verildiyini təsdiqləyən yazılı sübut saxlamaq vacibdir.

Köhnə kommunal borc kirayəçinin problemi deyil, amma...

Mənzilə köçməzdən əvvəl işıq, qaz, su və digər kommunal xidmətlər üzrə borcun olub-olmaması yoxlanılmalıdır. Çünki yeni kirayəçinin əvvəlki dövrdə yaranmış borcun hansı tarixə aid olduğunu bilmədən ödəniş etməsi sonradan mübahisəyə səbəb olur. Ən sadə üsullardan biri mənzil təhvil alınarkən sayğacların göstəricilərini ev sahibi ilə birlikdə qeyd etmək və həmin göstəricilərin fotoşəklini çəkməkdir.

Mənzilə daxil olan gün sayğacların vəziyyətini və mümkün borcları yoxlamaq sonradan “bu borc əvvəlki kirayəçidən qalıb, yoxsa sizdən yaranıb?” mübahisəsinin qarşısını alır.

Müqaviləsiz kirayə ən böyük risklərdəndir

Kirayəçi ilə ev sahibi arasındakı münasibətlərdə əsas sənəd müqavilədir. Qanunvericilikdə icarə müqaviləsində əmlakın, kirayə haqqının, müddətin, tərəflərin vəzifələrinin və digər şərtlərin göstərilməsi nəzərdə tutulur. Şifahi razılaşmada isə sonradan şərtlərin dəyişdirilməsi daha asan olur. Məsələn, ev sahibi bir neçə aydan sonra kirayə haqqını artırdığını bildirə, depozitin qaytarılması ilə bağlı fərqli mövqe ortaya qoya və ya mənzilin boşaldılmasını tələb edə bilər.

Yazılı müqavilədə isə ən azı aylıq ödəniş, müqavilənin müddəti, depozit, kommunal xərclər, təmir məsələləri və müqaviləyə xitam şərtləri göstərilir.

Əsas məsələ isə tələsməməkdir. Payızda kirayə bazarında mənzil tapmaq üçün yaranan vaxt təzyiqi kirayəçinin ən böyük risklərindən birinə çevrilə bilər. “Bu evə indi qərar verməsəniz, başqası götürəcək” ifadəsi ilə qarşılaşdıqda belə, pul ödəməzdən əvvəl bütün şərtləri yazılı şəkildə dəqiqləşdirmək daha təhlükəsizdir.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Sentyabr 2026 07:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri