“Bu gecə Bako Saakyan yuxuma girmişdi dedi ki...“ Sərkisyanın tərəfdarı
Icma.az, Moderator-ə istinadən, məlumatı açıqlayır “Bu gecə Bako Saakyan yuxuma girmişdi dedi ki...“ Sərkisyanın tərəfdarı.
"..."Fəryad" filmində erməni arvadın məşhur ağlaşması yadıma düşdü: "Bu gecə yenə Xoren yuxuma girmişdi..." "
"Mən daim xəyalən Bakının məhkəmələrində, həbsxanalarında oluram, çünki normal, şüurlu bir erməni üçün orada bizim insanlarımızın olması, Ermənistanın rəsmi mövqeyi və təbliğat nağılları heç cür dözülməzdir".
Moderator.az xəbər verir ki, "ArmenianReport"-un yaydığı məlumata görə, bunu sosial şəbəkədə, Ermənistan Respublikası Milli Assambleyasının “Şərəf duyuram” fraksiyasının deputatı, Xocalı canisi, terrorçu eks-prezident Serjik Sərkisyan təbliğatçı tulalarından olan Tiqran Abramyan yazıb.
"Səhər Bako Saakyanla (Qarabağda məhv edilmiş separatçı rejimin Bakıda həbsdə olan keçmiş rəhbəri -S.L.)“söhbətdən” oyandım. Gəldi, qucaqlaşdıq və dedi: “Tezliklə Levon Qenrixoviç də gələcək” (Mnatsakanyan)(eyni qondarma qurumun sabiq "müdafiə naziri").
Bakı həbsxanalarındakı soydaşlarımıza azadlıq, hamıya tezliklə qayıtmaq arzulayıram", - deyə davamında revanşist, irqçi xislətli erməni siyasətçi bildirib.
P.S. "Fəryad" filmində erməni arvadın məşhur ağlaşması yadıma düşdü: "Bu gecə yenə Xoren yuxuma girmişdi..."
S.Laçın

