Icma.az
close
up
RU
“İrəvanda xal qalmadı” mahnısı haqqında düşüncələrim...

“İrəvanda xal qalmadı” mahnısı haqqında düşüncələrim...

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Aslan Kənan

Firidun Şuşinskinin anadan olmasının 100 illiyi

Əməkdar incəsənət xadimi Firidun Şuşinski muğam tarixinin gözəl bilicisi və tədqiqatçısı kimi əvəzolunmazdır. O, ömrünün 40 ilini məlum olmayan muğam ifaçılarının xalqımıza tanıtdırılmasına həsr edib. Elə bir musiqi tədqiqatçısı yoxdur ki, F.Şuşinskinin əvəzsiz xidmətləri qarşısında duruş gətirə bilsin. Çünki onun bəxş etdiyi ifaçılar xalqımıza təmənnasız zəhmətidir. Firidun bəy dövlətdən heç bir maddi kömək gözləmədən öz hesabına keçmiş SSRİ-nin şəhərlərini gəzmiş, onların kitabxanalarını, arxivlərini ələk-vələk edərək bu ölməz ifaçıları araşdırmaqla gələcək nəsilə bir ərmağan qoymuşdu.

F.Şuşinski bu illər ərzində yüzə yaxın ifaçını araşdırıb gələcək nəslə çatdırmağa müvəffəq olmuşdur. Uzun illərin gecəli-gündüzlü zəhmətinin nəticəsidir ki, Hacı Hüsü, Sadıqcan, Məşədi İsi, Bülbülcan, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və bir çox sənətkarların ifaları haqqında kitab və məqalələr ilk dəfə F.Şuşinskinin qələmindən çıxmışdı.

F.Şuşinskinin ifasına xüsusi diqqət kəsdiyi sənətkarlardan biri də Cabbar Qaryağdıoğludur. Təsadüfi deyil ki, o, C.Qaryağdıoğlunun yaradıcılığı haqqında geniş həcmli monoqrafiyanın müəllifidir. “C.Qaryağdıoğlu milli mədəniyyət tarixində böyük xanəndə, məşhur musiqi xadimi və vokal sənətinin ən görkəmli nümayəndələrindən biri kimi tanınır”, - Firidun Şuşinski yazırdı.

C.Qaryağdıoğlu xanəndəlikdən əlavə şair və bəstəkar kimi də məşhurdur. Onun məşhur “İrəvanda xal qalmadı” mahnısının yaranmasından bir əsrdən çox bir vaxt keçməsinə baxmayaraq, xanəndələrimiz tərəfindən hələ də sevilə-sevilə oxunur. Bu mahnının yaranma tarixi haqqında Firidun Şuşinski yazırdı: “Cabbar Qaryağdıoğlu təsnif havalarında olan bir çox şeirləri yenidən işləmiş, onlarca mahnının mətnini yazmışdır. Bu təsnif və mahnılardan «Məmələr», «İstəkanın deşilsin», «Kaş ki, bayram olmayaydı», «Məni dövri-fələk», «Tiflisin yolları», «Naxçıvanın gədiyindən aşeydim», «Qalalıyam, qalalı», «Qarabağda bir dənəsən», «Ay ayağında məsi var», «Gəlin gedək Daşaltına gəzməyə» və s. göstərmək olar.

Onun xüsusi bir məharətlə bəstələdiyi «İrəvanda xal qalmadı» mahnısı dillər əzbəri olmuşdur. Bu gözəl, son dərəcə lirik tonda səslənən mahnının maraqlı bir tarixi var.

İrəvan şəhərinin varlı sakinlərindən biri Cabbarı oğlunun toy məclisinə dəvət edir. Toyun axırıncı gecəsi ümumi qayda üzrə «Özündənbəy» təriflənməli idi. Ona görə də Qaryağdıoğlu «Toyun tərifi» mahnısını oxuyur və «bəyi» tərif edir. «Özündənbəyin» tərifini eşidən qızın atası narazı halda xanəndəyə deyir:

– Bəs mənim qızımı niyə tərifləmədin?

Cabbar belə gözlənilməz sualdan heç də narahat olmayıb, cavab verir:

– Əmioğlu, adət belədir, toyda gəlini yox, bəyi təriflərlər. 

Qızın atası: 

– Niyə, gəlinin bəydən nəyi əskikdir? 

Qızın atasının bu sözlərini eşidən məclis əhli gülüşür. Lakin Cabbar Qaryağdıoğlu qızın atasının pərt olduğunu nəzərə alıb dillənir:

– Yaxşı, iş ki belə oldu, gəlini məclisə çağırın, mən də onu görüb, tərif edim. 

Cabbarın bu sözündən qızın adamları hiddətlənirlər:

– Belə adət yoxdur ki, qızı məclisə dəvət edəsən! – deyə qızın atası da əsəbiləşir. 

Cabbar çox sakit və mülayim halda deyir:

– Onda qızın nişanələrini deyin, mən də ona mahnı qoşum. 

Deyirlər ki, qızın üzündə qoşa xalı var. 

Bunu eşidən Qaryağdıoğlu tarzənə müraciətlə:

– Qurban, tarı götür dalımca gəl!

Qaryağdıoğlu bədahətən qızın şərəfinə bu mahnını qoşur:

İrəvanda xal qalmadı,

O xal nə xaldır, üzə düzdürmüsən?

De görüm nə xaldır qoşa düzdürmüsən?

Daha məndə can qalmadı.

O xal nə xaldır, üzə düzdürmüsən?

De görüm nə xaldır, qoşa düzdürmüsən?

Xal mənim, Yar mənim, İxtiyar mənim.

Xalxa nə borcdur, üzə düzdürmüşəm?!

Yarım deyibdir qoşa düzdürmüşəm.

Mahnı məclisi heyran edir. Qızın atası da razılıqla gülümsəyir. Hamı xanəndəni alqışlayır”.

Firidun bəyin bu əhvalatı yerli-yerində göstərməsi özünü musiqişünas adlandıran, lakin musiqi alətilə gecə-gündüz televiziya ekranlarından düşməyən Abbasqulu Nəcəfzadəni özündən çıxarır. O, bu mahnını özü bildiyi kimi oxuculara sırıyır:

“Hansı ata toyda yad kişiyə, yəni xanəndəyə qızının gözəlliyindən danışa bilər, xanəndə də mahnı oxuyub gəlinə eşqnamə söyləyər, erotik ifadələr işlədər: “daha məndə hal qalmadı”, “ürəyimi üzən gözəl”, “bir öpərəm, bir dişlərəm” və s. Mahnının yaranmasının bu şəkildə təqdim olunması Azərbaycan kişisinin aşağılanması, təhqir edilməsidir”.

Əvvəla qeyd edək ki, xanəndə mahnıda gəlinə eşqnamə söyləməyib, erotik ifadələr işlətməyib. Guya, həmin mahnıda “daha məndə hal qalmadı”, “ürəyimi üzən gözəl”, “bir öpərəm, bir dişlərəm” ifadələrini işlətməklə, Firidin bəy Azərbaycan kişisini təhqir edir. Sonrası da “bir öpərəm, bir dişlərəm” ifadəsi mahnıda yoxdur. Həmin mahnının sözləri yuxarıda göstərilib.

Daha sonra müəllif irəli gedərək, qeyd edir ki, mahnıda işlədilən ifadələr milli mentalitetimizə ziddir və bunu oxumaqla o zamankı kişiləri aşağılamış, təhqir etmiş olur. Xanəndə toyda oxuduğu mahnıda “daha məndə hal qalmadı”, “ürəyimi üzən gözəl” sözləri işlədirsə, burada Firidun bəyin nə günahı?! Məgər Firidun bəy toy zamanı C.Qaryağdıoğluya deməli idi ki, sən haçansa A.Nəcəfzadənin xoşuna gəlməyəcək misraları oxuma?! Qəribə yanaşmadır.

A.Nəcəfzadənin mentalitetimizə zidd olan sitat gətirdiyi misra folklorşünas-alim Hümmət Əlizadənin 1938-ci ildə tərtib etdiyi “Aşıqlar” kitabındandır. Həmin ifadələr C.Qaryağdıoğlu haqqında yazılmış kitabda öz əksini tapmayıb. “Professorun” yuxarıda göstərdiyi “bir öpərəm, bir dişlərəm” misrası və “Azərbaycan kişisinin üzünü qaraldan” ifadəsinə Firidun bəyin təqdim etdiyi məqalədə rast gəlinmir. Əgər toyda belə ifaları Azərbaycan kişisinə təhqir sayırsa, o zaman Aşıq Alını, Aşıq Ələsgəri və başqa aşıqlarımızın yaradıcılıqlarını da ittiham etsin, çünki belə misralara onların yaradıcılığında kifayət qədər rast gəlinir. Məlumdur ki, C.Qaryağdıoğlunın oxuduğu misralar şifahi xalq yaradıcılığında öz əksini tapıb. Axı xanəndə xalq mahnısını necə dəyişdirə bilər? İndiyə baxmayın – kim mahnını necə gəldi, ifa edir, mahnıya min-bir əlavələr edilir və yaxud xoşlarına gəlmədiklərini götürüb atırlar kənara. Elə bil, atalarının malıdır… Belə olduğu halda “professor” hara baxır, harada qalıb onun musiqi təəssübkeşliyi?

Sonda A.Nəcəfzadə lap “gül vurub”. O yazır: ““Şəkidə soltan qalmadı” kimi oxunmalıdır. Çünki Azərbaycanda Gəncədə deyil, Şəkidə soltanlıq olmuşdur. Tanınmış xanəndə Məşədi Hilal Zeynalov da 1910-cu ildə bu mahnını oxuyarkən məhz Şəki sözünü işlətmişdir”. Xoş halına, “professor”. Bəlkə bir bakılı xanəndə “Bakıda bəy qalmadı” oxuyub, lakin bizim xəbərimiz yoxdur. Bir məsələni də qeyd etmək istərdim. Xanəndələrimiz nəinki toylarda, hətta televiziya ekranlarında “bir öpərəm, bir dişlərəm” ifadəsindən də əcayib misralar oxuyurlar. O zaman respublikada xanəndə qalmaz, hamını topa tutmalıdırlar. Başa düşə bilmirəm, bu necə yanaşmadır.

Diqqət edin, bizim musiqi tariximizi kor qoyan belə “sənətşünaslardır”.

Allah bizi belə “alimlərdən” qorusun.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri