Icma.az
close
up
RU
Bu, gələcəkdə digər münaqişələr üçün yol xəritəsi rolunu oynaya bilər ŞƏRH EDİLDİ

Bu, gələcəkdə digər münaqişələr üçün yol xəritəsi rolunu oynaya bilər ŞƏRH EDİLDİ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

"Rusiyanın işğal etdiyi əraziləri müxtəlif hüquqi və siyasi mexanizmlərlə “qanuniləşdirməyə” çalışması, ABŞ və digər vasitəçilərin bəzi hallarda buna kifayət qədər sərt şəkildə reaksiya verməməsi beynəlxalq sistemdə çox təhlükəli presedent yarada bilər. Əgər işğal faktı uzunmüddətli danışıqlarda faktiki reallıq kimi qəbul olunarsa və buna görə işğal edən tərəf ciddi siyasi, iqtisadi və hüquqi nəticələrlə üzləşməzsə, bu, digər dövlətlər üçün dərs xarakteri daşıya bilər: yəni güc yolu ilə əldə edilən qənimətin müəyyən müddət sonra “təsdiqlənə” biləcəyi düşüncəsi formalaşa bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, belə bir tendensiyanın yaranması xüsusilə postsovet məkanında və ümumilikdə Avrasiya regionunda “qüvvə hüququ” anlayışının güclənməsi riskini artırır:"Onsuz da tarixi, etnik və siyasi ziddiyyətlərin çox olduğu bu məkan üçün güc yolu ilə sərhəd dəyişikliklərinin normal qəbul olunması gələcəkdə yeni münaqişələrin yaranmasına rəvac verə bilər. Bu isə yalnız regional təhlükəsizliyə deyil, beynəlxalq münasibətlər sisteminə də birbaşa təsir göstərir. Beynəlxalq hüququn əsas sütunlarından biri olan suveren dövlətlərin ərazi bütövlüyü prinsipi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər fundamental sənədlərdə açıq şəkildə təsbit olunub. Bu prinsipin pozulması yalnız Ukrayna kontekstində deyil, dünya üzrə istənilən potensial münaqişə regionunda hüquqi və diplomatik qeyri-müəyyənlik yaradır. Əgər beynəlxalq hüququn bu əsas qaydası praktikada işləməz hala gətirilərsə, dövlətlər arasındakı münasibətlərdə güc tətbiqi daha çox legitimləşdirilə bilər.Belə bir presedent həmçinin beynəlxalq təşkilatların nüfuzunu sual altına qoyur. Çünki əgər böyük güclər və beynəlxalq institutlar işğala qarşı kollektiv və effektiv reaksiya vermirsə, bu, həmin qurumların mövcudluq məqsədini – qlobal sabitlik və hüquqi nizamı qoruma funksiyasını – zəiflədir. Nəticədə, beynəlxalq münasibətlər sistemi daha çox “böyük güclərin oyunu” modelinə bənzəyir və qayda əsaslı dünya nizamının sərhədləri daralır.Belə bir inkişaf xətti uzunmüddətli, strateji presedent yaradır: yəni işğal yolu ilə əldə edilən ərazilərin zaman keçdikcə danışıqlar masasının “ayrılmaz hissəsi” kimi legitimləşməsi təhlükəsi. Əgər bu ənənəyə çevrilərsə, gələcək regional münaqişələrdə tərəflər zor yolunu diplomatik həllə aparan bir mərhələ kimi dəyərləndirə bilərlər. Bu isə gələcək nəsillər üçün daha təhlükəli bir dünya düzəni formalaşdırır — güc üstün gəlir, hüquq isə arxa planda qalır. Nəticə etibarilə, işğal sonrası ərazi dəyişikliklərinin “legallaşdırılması” ideyasının beynəlxalq səviyyədə normallaşması təkcə bir ölkə və ya region üçün deyil, qlobal təhlükəsizlik arxitekturası üçün ciddi təhdiddir. Bu prosesin qarşısının alınması isə yalnız bir dövlətin marağı deyil, beynəlxalq nizamın bütövlüyünün qorunması üçün ümumi məsuliyyət tələb edir".

Müəllif: Arzu Qurbanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri