Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Elmi ictimaiyyət üçün yeni yol xəritəsi ŞƏRH

Elmi ictimaiyyət üçün yeni yol xəritəsi ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Prezidentin AMEA-dakı çıxışı elmin inkişafına dövlətin dəstəyinin ifadəsi idi. Elm adamlarını ruhlandırmaq, onları dövlət qurumları ilə sıx işləməyə səsləmək, Qarabağ və Şərqi Zəngəzurda geoloji işlərə Azərbaycanlı alimlərin cəlb edilməsi mesajını verməklə, Prezident bu sahədə səmərəli əməkdaşlığa ehtiyaca diqqət çəkdi. Həmçinin, dövlət qurumlarını alimlərlə işləməyə, onların tədqiqatlarından yararlanmağa və elmi bilikləri sahədə də tətbiq etməyə çağırdı. Elmin nailiyyətləri, tədqiqatlardan əldə olunan sübut-əsaslı nəticələr istənilən sahədə dövlət qurumuna dəstəkdir. Əldə olunan tapıntılar yeni siyasətlər hazırlamağa, cavab tədbirlərini gücləndirməyə, həmçinin mövcud siyasətləri korrektə etməyə imkan verir. Elmi sübutlara əsaslanaraq hazırlanmış istənilən siyasət uğurludur və dəqiqdir. Prezident elmin praktiki nəticələrinin olmasının, onun təkcə əsərlərdə qalmamasının vacibliyini vurğuladı.

Ümummilli lider Heydər Əliyevin də apardığı dövlət siyasətinin başlıca hədəflərindən biri də elmin inkişafı, bu sahəyə dövlət dəstəyinin artırılması idi. Onun Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtda ölkədə 5 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlamış, ali məktəblərdə təhsil alan tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdı. Böyük lider azərbaycanlı gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almasına xüsusi diqqət yetirərək bu sahədə əsaslı dönüş yaratmışdır. Onun təşəbbüsü və dəstəyi ilə 1970-ci ildən etibarən hər il 800–900 nəfər gənc SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarına göndərilmiş, bu da respublikanın milli kadr potensialının əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaratmışdır.

Müstəqillik illərində də Ulu öndər Heydər Əliyev təhsilin inkişafını daim diqqət mərkəzində saxlamışdır. O, təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması, eləcə də Azərbaycanın inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan müasir təhsil strategiyasının həyata keçirilməsi məqsədilə mühüm addımlar atmış, əhəmiyyətli fərman və sərəncamlar imzalamışdır.

Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də dövlət idarəçiliyində elmin inkişafı prioritet vəzifələrdən biri kimi qoyulub. Son 10 ildə elmə ayrılan vəsait iki dəfədən çox artırılıb. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir, yeni böyük elmi kitabxana inşa edilmişdir. Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutları təmir edilmiş və avadanlıqlarla təchiz edilmişdir. 2009-cu ildə Elm Fondu yaradılmışdır. Bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Bundan başqa, Elmin inkişafı üzrə Milli Strategiya qəbul edilmişdir. "Elm haqqında" Qanun qəbul edilmişdir və Dövlət Proqramı hazırlanmış və tətbiq edilmişdir. Daha bir çox işlərin də görülməsi planlaşdırılır.

Prezidentin çıxışı Azərbaycanın tarixi yaddaşının qorunması və gələcək nəsillərə doğru şəkildə çatdırılması baxımından dərin məna daşıyır. O, Qarabağ və Şərqi Zəngəzur mövzusundan söz açarkən qeyd edir ki, bu bölgələr barədə danışmaq əslində bütövlükdə Azərbaycan tarixindən danışmaq deməkdir. Çünki xalqımızın çoxəsrlik dövlətçilik ənənələri və mədəni irsi bu torpaqlarla sıx bağlıdır. Təəssüf ki, uzun illər ərzində Ermənistan və erməni diasporu Azərbaycanın tarixini saxtalaşdırmaq, həqiqətləri təhrif etmək istiqamətində məqsədyönlü fəaliyyət aparmış, bu təbliğat bu gün də davam edir. Prezident bildirir ki, bu cür saxtakarlıqlara qarşı ən güclü silah Azərbaycanın öz həqiqətləridir və bu həqiqətlər elmi əsaslarla dünyaya təqdim edilməlidir.

Dövlət başçısı xüsusilə alimlərin və elmi ictimaiyyətin bu sahədə rolunu vurğulayır. Onun sözlərinə görə, Azərbaycan tarixinin araşdırılması və təbliği istiqamətində daha çox elmi əsərlərin, sərgilərin, təqdimatların, xəritələrin və hətta qısa bukletlərin hazırlanmasına ehtiyac var. Bu, həm Azərbaycan gənclərinin öz köklərini daha yaxşı tanıması, həm də beynəlxalq ictimaiyyətin ölkəmizin tarixi reallıqlarını doğru anlaması üçün vacibdir. Prezidentin diqqət çəkdiyi mühüm məqamlardan biri də tarixi xəritələrin əhəmiyyətidir. O, qeyd edir ki, çar Rusiyası dövründə tərtib edilmiş xəritələrdə bu gün Ermənistan adlanan ərazilərdəki toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Bu, həmin torpaqlarda azərbaycanlıların tarixi varlığını və mədəni izlərini sübut edən faktlardandır.

Prezident həmçinin vurğulayır ki, azərbaycanlılar əsrlər boyu bu ərazilərdə yaşayıb, lakin zorla qovulublar. O, bununla belə, gələcəyə ümidlə baxaraq bildirir ki, azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı qaçılmazdır. Lakin bu qayıdış hərbi yolla deyil, sülh və ədalət prinsiplərinə əsaslanmalıdır. Onun məşhur ifadəsi ilə desək, “biz oraya tanklarla yox, avtomobillərlə qayıdacağıq”. Prezident çıxışında xalqımızın tolerantlıq, əməksevərlik və dövlətə sədaqət kimi dəyərlərə daim töhfə verdiyini bildirdi.

Beləliklə, Prezidentin çıxışı həm tarixi yaddaşın qorunmasına, həm də elmi ictimaiyyət və cəmiyyət üçün məqsəd kimi Azərbaycan tarixinin saxtakarlıqlardan təmizlənməsi, həqiqətlərin elmi əsaslarla dünyaya çatdırılması və gənc nəsildə milli kimlik şüurunun daha da möhkəmləndirilməsinə bir çağırış idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri