Icma.az
close
up
RU
Bu gerçəyi bilənlər gilas almağa qaçır Görün faydası nə imiş?!

Bu gerçəyi bilənlər gilas almağa qaçır Görün faydası nə imiş?!

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Artıq may ayı başa çatmaq üzrədir və bazarların, marketlərin piştaxtalarında gilas öz yerini möhkəmləndirib. Yayın ilk müjdəçilərindən olan bu dadlı və təravətli meyvə alıcıların da böyük marağı ilə qarşılanır. Xüsusilə yerli gilasa tələbat hər il olduğu kimi bu il də artmaqdadır.

Yenisabah.az xəbər verir ki, mütəxəssislər gilasın təkcə ləzzətli deyil, həm də sağlamlıq baxımından son dərəcə faydalı bir meyvə olduğunu bildirir. Onun tərkibində bol miqdarda A, C və K vitaminləri, eləcə də antioksidantlar, lif, kalium və maqnezium mövcuddur. Bu da onu həm immun sistemini gücləndirən, həm də iltihab əleyhinə təsir göstərən bir təbii vasitəyə çevirir.

Gilasın faydaları nələrdir?

İltihab və ağrıya qarşı təsirli: Gilas, xüsusilə tünd rəngli növləri, güclü antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdəki iltihabı azaldır, xüsusilə artrit və oynaq ağrılarından əziyyət çəkənlər üçün tövsiyə olunur.

Yuxunu tənzimləyir: Təbii melatonin mənbəyi olan gilas yuxu problemləri yaşayanlar üçün faydalıdır.

İmmun sistemini gücləndirir: C vitamini ilə zəngin olan gilas soyuqdəymə və infeksiyalara qarşı bədəni qoruyur.

Ürək-damar sağlamlığını dəstəkləyir: Kaliumla zəngin olan bu meyvə qan təzyiqini tənzimləyir, ürək ritmini qoruyur.

Qaraciyər və böyrəklər üçün faydalı: Sidikqovucu xüsusiyyətə malik olan gilas toksinlərin bədəndən atılmasına kömək edir.

Kimlərə xüsusilə faydalıdır?

İnsulin dirənci və şəkər xəstələri: Orta miqdarda qəbul edilərsə, gilasa glisemik indeksi aşağı olduğundan qan şəkərinə kəskin təsir etmir və orqanizmin şəkərə qarşı həssaslığını tənzimləməyə kömək edir.

İdmançılar və aktiv həyat tərzi keçirənlər: Əzələ ağrılarını yüngülləşdirir, məşqdən sonra bərpa prosesini sürətləndirir.

İltihablı xəstəliklərdən əziyyət çəkənlər: Xroniki ağrılarda təbii dəstək vasitəsi kimi qəbul oluna bilər.

Yuxu pozğunluğu yaşayanlar: Melatonin tərkibi yuxunun ritmini bərpa etməyə yardımçı olur.

Mütəxəssislər bildirir ki, gilası təzə halda və mövsümündə qəbul etmək onun faydalarını maksimum şəkildə əldə etməyə imkan verir. Ancaq hər meyvədə olduğu kimi, gilası da normasında yemək vacibdir – gündəlik 100-150 qram kifayət edir.

Yay mövsümündə süfrələrin sevilən qonağı olan gilasla həm dad, həm də sağlamlıq əldə etmək mümkündür. Unutmayın, təbiət öz möcüzələrini zamanında təqdim edir, onlardan düzgün şəkildə faydalanmaq isə bizim əlimizdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 May 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri