Bu görüntülər hər kəsi qorxuya saldı: Çay lənət lənib?
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Argentinanın paytaxtı Buenos-Ayresin ətrafından axan Sarandi çayı gözlənilmədən qırmızı rəngə boyanıb.
"Cebheinfo.az" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə çayın suyu həqiqətən də qırmızı rəngdə görünür.
Bu qeyri-adi hadisə yerli sakinlər arasında narahatlıq yaradıb.
Məlumata görə, bu, ilk dəfə baş vermir, çayın suyu əvvəllər də müxtəlif rənglərə boyanıb.
"Ömrüm boyu burada yaşamışam. Bu gün su qırmızı rəngdədir. Amma o, əvvəllər boz, yaşıl, bənövşəyi, göy və hətta tünd qəhvəyi rəngdə də olub", - deyə yerli sakinlərdən biri jurnalistlərə bildirib.
Başqa bir sakin isə çayın bir dəfə sarı rəngdə olduğunu və kəskin turş iy verdiyini xatırlayıb.
Hadisədən sonra yerli ekoloqlar çaydan su nümunələri götürərək araşdırmalara başlayıblar.
Hazırda çayın bu cür rəng dəyişdirməsinin səbəbləri öyrənilir.
Səbinə Uğur
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















