Icma.az
close
up
RU
Bu görüntülərə görə hərəkətə keçildi KONKRET

Bu görüntülərə görə hərəkətə keçildi KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnternetdə süni intellekt vasitəsilə hazırlanan saxta görüntülər və seksual məzmunlu videolar artıq qanunla rəsmi şəkildə qadağan olunur. Milli Məclisdə təklif edilən “Media haqqında” qanuna edilən yeni əlavə bu cür manipulyasiya edilmiş materialların yayılmasının qarşısını almağı hədəfləyir. Qanunvericiliyə təklif edilən 14.1.13-1-ci maddəyə əsasən, bir şəxsin razılığı olmadan onun səsindən və ya görüntüsündən istifadə edərək hazırlanan saxta məzmunların paylaşılması yolverilməzdir. Bura həm real olmayan görüntülər, həm də xüsusi proqramlarla düzəldilmiş pornoqrafik və seksual xarakterli foto, video və audio materiallar daxildir.

KONKRET.az xəbər verir ki, hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında süni intellektin həyatımıza yeni daxil olduğunu və bu sahə ilə bağlı qanunvericilikdə dəyişikliklərin qarşıdakı zaman dilimində də davam edəcəyinin gözlənildiyini bildirib.

“Bu dəyişikliklər hüquqi zərurətdən, real təcrübələrdən və yaranan yeni hüquq münasibətlərindən irəli gəlir. Yeni münasibətlər formalaşdıqca qanunvericilik də uyğun şəkildə yenilənir və bu, cəmiyyətin bütün sahələrində insanların həyatını tənzimləmək və formalaşdırmaq məqsədi daşıyır. Ümumiyyətlə, süni intellekt vasitəsilə yaradılan saxta və ya seksual məzmunlu materialların yayımının qadağan edilməsi və bunun media haqqında qanunvericiliyə daxil edilməsi müsbət addım kimi qiymətləndirilə bilər. Çünki müşahidə olunur ki, bəzən süni intellekt vasitəsilə dövlət orqanlarının adından vətəndaşlara yalan vədlər verilir, saxta kampaniyalar təşkil olunur və ya ayrı-ayrı şəxslərin adından onların iradəsinə zidd məlumatlar yayılır. Belə hallarda şəxs öz həqiqi mövqeyini sübut edənə qədər artıq cəmiyyətdə onun haqqında müəyyən mənfi imic və yanlış fikir formalaşır. Bu baxımdan, qeyd olunan dəyişikliklər tamamilə məntiqli və zəruridir. Gözlənilir ki, həyatın diktə etdiyi yeni şərtlərə uyğun olaraq bu sahədə qanunvericilik islahatları gələcəkdə də artan xətt üzrə davam edəcək”.

Yəni, artıq kiminsə simasını və ya səsini süni intellektlə saxtalaşdırıb paylaşmaq cinayət məsuliyyəti yarada bilər, çünki bu addım insanların həm şərəf və ləyaqətini qorumaq, həm də dezinformasiyanın qarşısını almaq üçün atılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Aprel 2026 00:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri