Icma.az
close
up
RU
Bu ölkə HƏRƏKƏTƏ KEÇDİ KONKRET

Bu ölkə HƏRƏKƏTƏ KEÇDİ KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyada artan geosiyasi gərginlik fonunda bəzi ölkələrin neytral mövqe sərgiləməsinə baxmayaraq, hərbi və texniki dəstək vasitəsilə münaqişələrdə dolayı iştirak etməsi getdikcə daha çox diqqət çəkir. Xüsusilə, Almaniyanın İsrailə silah tədarükünü davam etdirməsi bu məsələyə dair müzakirələri daha da aktuallaşdırıb və beynəlxalq hüquq, siyasi məsuliyyət, eləcə də təhlükəsizlik balansı ilə bağlı sualları gündəmə gətirib.

Bəs bu siyasət Almaniyanın gələcəkdə hərbi münaqişələrə birbaşa qoşulma ehtimalını artırırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, silah ixracı yalnız iqtisadi deyil, həm də hüquqi və mənəvi məsuliyyət yaradır:

“Silah ixrac edən dövlətlərin üzərinə beynəlxalq humanitar hüquqa riayət etmək öhdəliyi düşür. Avropa İttifaqı çərçivəsində və beynəlxalq silah ticarəti müqavilələrinə qoşulan ölkə kimi Almaniya da bu məsuliyyəti daşıyır. Bu isə həm hüquqi, həm də mənəvi risklərin artmasına səbəb olur. Almaniya 2025-ci ilin sonlarından etibarən bəzi məhdudiyyətləri yumşaldaraq silah ixracı siyasətində dəyişikliklər edib.

Almaniya ABŞ və İsraillə strateji ittifaqını qorumağa çalışır. Eyni zamanda Avropa İttifaqı daxilində balanslı mövqe tutmağa cəhd edir”.

Bununla belə, Əziz Əlibəyli Almaniyanın birbaşa hərbi münaqişəyə qoşulma ehtimalını aşağı qiymətləndirir. Onun fikrincə, rəsmi Berlin daha çox dolayı dəstək formatına üstünlük verəcək:

“Almaniya maksimum halda ballistik texnologiyalar, kəşfiyyat məlumatları və hava dəstəyi kimi sahələrdə iştirak edə bilər. Birbaşa hərbi müdaxilə ehtimalı isə hazırkı şərtlərdə yüksək deyil”.

Beləliklə, ekspertin qənaətinə görə, silah tədarükü Almaniyanın beynəlxalq məsuliyyətini artırsa da, bu, hələlik ölkənin birbaşa hərbi münaqişəyə qoşulacağı anlamına gəlmir. Lakin mövcud geosiyasi dinamika fonunda bu siyasətin uzunmüddətli nəticələri diqqətlə izlənilməlidir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Aprel 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri