Icma.az
close
up
RU
Şimali Kipr Türk Respublikası Azərbaycan üçün niyə önəmlidir? ŞƏRH

Şimali Kipr Türk Respublikası Azərbaycan üçün niyə önəmlidir? ŞƏRH

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Neftimizi və qazımızı satdığımız yerin təhlükəsizliyi bizim üçün strateji əhəmiyyətdədir. Şimali  Kipr Türk Respublikası Aralıq dənizində bu məsələnin təminatında coğrafiyası, siyasi mövqeyi və adada yerləşən Türk Ordusu səbəbiylə vazkeçilməz amillərdəndir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Şimali Kiprin ölkəmiz üçün əhəmiyyətinin mümkün təsirlərini şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər doktoru, politoloq Nazim Cəfərsoy bildirib.

Onun sözlərinə görə, Şimali Kipr Türk Respublikası (ŞKTC ) Azərbaycan üçün sadəcə qardaşlıq perpektivindən önəmli deyil. Şimalı Kipr Türk  Respublikası Aralıq dənizində, xüsusilə onun şimal hissəsində çox mühüm starteji mövqeyə malikdir. Azərbaycan üçün isə Aralıq dənizinin təhlükəsizliyi və oradakı güc balansı çox mühüm stratejik əhəmiyyət daşıyır:

“Azərbaycanın strateji gücünün və müstəqilliyinin ən mühüm hissələrindən birini iqtisadi parametr təşkil edir.  Məlumdur ki, Azərbaycanın bu iqtisadi gücünün əsasını enerji mənbələrinin mövcudluğu və onların dünya bazarlarına təhlükəsizlik çıxışı təşkil edir.  Aralıq dənizi isə Azərbaycan enerji mənbələrinin dünya bazarlarına çıxdığı yerdir. Aralıq dənizi sadəcə  geoiqtisadi deyil, həm də geosiyasi baxımdan  Azərbaycan üçün strateji önəmə malik coğrafiyadır”.

Politoloq onu da qeyd edib ki, Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə münasibətlərimizdə enerji əməkdaşlığı xüsusi önəmə malikdir. Bu enerji əməkdaşlığının mövcudluğu və gələcəyi baxımından başda Ceyhan limanı olmaq üzrə Aralıq dənizi kritik əhəmiyyətdədir. Bu durum ŞKTC-nin strateji önəmini daha da artıran növbəti  amildir. 

“Eyni zamanda, Azərbaycanın partneri olan İsrail ilə münasibətlərində digər amillərlə yanaşı,  enerji faktoru xüsusi önəmdədir. İsrail neft ehtiyacının təxminən 30 faizini Azərbaycan vasitəsilə təmin edir və bu, Aralıq dənizinə çıxan neft ilə təmin edilir. ŞKTC bu münasibətlərin təhlükəsiz davamı baxımdan kritik önəmə malikdir.

Bundan əlavə, Azərbaycanın Avropa ilə münasibətlərində mühüm yeri tutan və təxminən 16 milyard dollar dövriyyə ilə ən böyük ticarət partnyorumuz olan İtaliya da Aralıq dənizi ölkəsidir. Azərbaycan ilə İtaliya arasında başda enerji olmaqla, çox milyardlıq iqtisadi əlaqələrin mühüm bir hissəsi Aralıq dənizi vasitəsilə aparılır. Azərbaycanın bir digər Aralıq dənizi ölkəsi İspaniya ilə də yaxşı ticarət əlaqələri mövcuddur. Beləliklə, ŞKTC Avropa  Birliyinin bu ölkələri ilə siyasi və ticari münasibətlər kontekstində də mühüm əhəmiyyətə malikdir” - siyasi elmlər doktoru əlavə edib.

 Nazim Cəfərsoy: ŞKTC-nin varlığının Azərbaycana Şimali Aralıq dənizində enerji axtarışı imkanı yaratması da nəzərə alınmalıdır 

N.Cəfərsoyun fikrincə, 1991-ci ildən bəri Yunanıstan və Cənubi Kiprin Ermənistanla münasibətlərinin artan tendensiya ilə davam etdiyini nəzərə alsaq, ŞKTC-nin Azərbaycan üçün geosiyasi önəmi daha da artmaqdadır:

“Azərbaycan Türk dünyasını xarici siyasətinin əsas prioritet istiqaməti elan edib. ŞKTC bu baxımdan Türk Dünyasının qərb vektorunu təşkil edir və buradakı varlığı Türk  dünyasının regional və qismən də qlobal güc balansı baxımından çox mühümdür.  Digər tərəfdən, Azərbaycanın Avropa-Yaxın Şərq-Türküstan üçbucağında daha  da güclənəcəyi ehtimalı fonunda Aralıq dənizinin strateji önəminin Azərbaycan üçün daha da artması gözlənilir. Bu durum da ŞKTC-nin önəmini artırmaqdadır. ŞKTC-nin varlığının Azərbaycana Şimali Aralıq dənizində enerji axtarışı imkanı yaratması da, bir başqa mühüm məqam kimi nəzərə alınmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Aprel 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri