“Bu göstəriciyə görə, Azərbaycan dünyada aparıcı ölkələrdəndir”
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
“Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb”.
Yeniavaz.com xəbər verir ki, bunu Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi zamanı çıxış edən Prezident İlham Əliyev deyib.
“Bizim xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır”, - Prezident bildirib.
Bu mövzuda digər xəbərlər:Azərbaycan dünyada yeganə ölkələrdəndir ki,... DEPUTAT ŞƏRH ETDİ
09 Sentyabr 2025 14:11
“Azərbaycan dünyada sabit və dayanıqlı iqtisadiyyatı olan ölkələrdəndir”
29 Noyabr 2024 17:04
Agentlik rəsmisi: Azərbaycan yeganə ölkələrdəndir ki...
17 İyun 2025 14:47
“Azərbaycan dünyada sabit və dayanıqlı iqtisadiyyatı olan ölkələrdəndir” ŞƏRH OLUNDU
29 Noyabr 2024 17:18
Azərbaycan bu göstəriciyə görə dünyada 41 ci pillədədir REYTİNQ
02 Yanvar 2026 14:21
Baxış sayı:107
Bu xəbər 08 Yanvar 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















