Icma.az
close
up
RU
Bu gün Ağdam Şəhəri Günüdür

Bu gün Ağdam Şəhəri Günüdür

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Ağdam Şəhəri Günüdür

Ağdamın işğaldan azad edilməsindən 4 il ötür.

Sonxeber.az xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb.

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb.

Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.

Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib.

Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib.

Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub.

Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Ağdamın azad olunmasına görə" medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.

Ölkə başçısının bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 20 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see493

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see441

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see355

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see345

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see266

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see261

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see256

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see250

Avqustun 12 də nə baş verəcək?

11 Avqust 2026 02:17see235

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see233

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see231

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see231

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see225

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see221

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see214

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see209

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see207

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

11 Avqust 2026 07:49see204

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see180

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri