Boris Conson ittihamları rədd etdi KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson onun 2022-ci ilin aprelində Kiyevə etdiyi səfərin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını pozması iddialarını qəti şəkildə rədd edib və bunları “tam və mütləq cəfəngiyat” adlandırıb.
KONKRET.az xəbər verir ki, keçmiş baş nazir qeyd edib ki, heç bir qərb lideri ukraynalıları öz torpaqlarını müdafiə etməkdən və döyüşləri davam etdirməkdən saxlamaq gücünə malik deyil.
Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı mesajın həmişə çox bəsit və birmənalı olduğunu vurğulayıb: “Əgər mübarizəni davam etdirmək istəyirsinizsə, biz hər zaman sizinlə birlikdə olacağıq”.
O, Qərbin hər zaman Ukrayna xalqının iradəsinə hörmətlə yanaşdığını və dəstəyini əsirgəmədiyini diqqətə çatdırıb.
Natiq Səlim,
KONKRET.az
Baxış sayı:88
Bu xəbər 12 Avqust 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















