Icma.az
close
up
RU
Bu gün Anqolada Avropa İttifaqı Afrika İttifaqı Sammiti işə başlayır

Bu gün Anqolada Avropa İttifaqı Afrika İttifaqı Sammiti işə başlayır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Berlin, 24 noyabr, AZƏRTAC

Bu gün Anqolanın paytaxtı Luandada Avropa İttifaqının (Aİ) və Afrika İttifaqının (Aİt) üzv dövlətləri liderlərinin “Səmərəli çoxtərəfli vasitəçilik vasitəsilə sülh və rifahın təşviqi” mövzusunda yeddinci Sammiti işə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Sammit iki qurum arasında tərəfdaşlığın 25, Anqola da daxil olmaqla bir sıra Afrika ölkələrinin müstəqilliyinin 50 illiyinə həsr olunub.

Anqola Prezidenti Joao Lourenço və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın həmsədrliyi ilə keçiriləcək Sammitə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Afrika İttifaqı Komissiyasının sədri Mahmud Ali Yusuf da qatılıblar.

İki gün ərzində liderlər əməkdaşlığın gücləndirilməsi üzrə sülh, təhlükəsizlik, idarəetmə və çoxtərəfli işbirliyi, eləcə də rifah, insanlar, miqrasiya və mobillik üzrə iki tematik sessiyada müzakirələr aparacaqlar.

Sammitin sonunda liderlərin birgə bəyanatı qəbul ediləcək.

Sonuncu Aİ-Aİt Sammiti 2022-ci ilin fevralında Brüsseldə keçirilib. Həmin tədbirdə liderlər yenilənmiş tərəfdaşlıq üçün birgə vizyon barədə razılığa gəliblər.

Qeyd edək ki, Aİ və Afrika çoxtərəfli platformalarda əməkdaşlıq həyata keçirir. Aİ təhlükəsizlik və müdafiə siyasəti (CSDP) çərçivəsində Afrikada 12 mülki və hərbi missiya və əməliyyat icra edir. Aİ, həmçinin 2021-ci ilin martında təsis edilmiş Avropa Sülh Təsisatı vasitəsilə Afrika ölkələrini dəstəkləyir. Bu mexanizm münaqişələrin qarşısının alınmasına, sülhün təminatına, beynəlxalq təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə yönəlib.

Aİ Afrika ölkələrinin ən böyük ticarət tərəfdaşıdır və onların ixracatında Çin, Hindistan və ABŞ-dan xeyli öndədir. Afrika ölkələri birlikdə Aİ-nin dördüncü ən böyük ticarət tərəfdaşı hesab olunur. Aİ 19 Afrika ölkəsi ilə güzəştli ticarət sazişləri imzalayıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri