Icma.az
close
up
RU
Bu gün avrokuboklara iddialıların dueli, sabah paytaxt və Qərb derbisi!

Bu gün avrokuboklara iddialıların dueli, sabah paytaxt və Qərb derbisi!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Dünən keçirilən “Qarabağ” – “Şamaxı” matçıyla start götürən 19-cu turun qalan oyunları daha cəlbedici görünür.

Bu gün və sabah keçiriləcək matçlar “CBC Sport” vasitəsilə canlı yayınlanacaq.
Misli premyer-liqası
3-cü dövrə, 19-cu tur
18 yanvar
Zirə – Araz-Naxçıvan

“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 3:+0=1-2, 0:2.
2023/24 – 0:0, 0:1; 2024/25 – 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə, İdman Kompleksinin stadionu. Saat 16.00.
Göründüyü kimi, bu gün Bakıdan 45-46 kilometr şərqdə yerləşən Zirədə avrokuboklara iddialı komandaların duelinə şahidlik edəcəyik. Qəsəbənin eyniadlı təmsilçisinin “Araz-Naxçıvan”ı qəbul edəcəyi oyunda gərginlik son həddə çatacaq. Axı həlledici qarşılaşmalarda heç bir komandanın rəqibə aman verməyəcəyi bəllidi. Bunu iddia etməyə həm ilk “dördlük” uğrunda beş komandanın mübarizə aparması, həm də yerlər arasındakı xal fərqinin az olması şərait yaradır. Deməli, Rəşad Sadıqov futbolçularını məhz qələbəyə kökləməlidi. Maraqlıdı ki, “qırmızı-ağlar” indiyə qədər “qartallar”ın meydanından məğlub ayrılmayıb. Yəni zirəlilər rəqibini məyus yola salmaqla həm də tarixi ilkə imza atacaq. O başqa məsələ ki, naxçıvanlılar Zirədə qol da buraxmayıb. Görünür, Elmar Baxşıyevin komandası nəinki turnir cədvəlindəki, həm də statistikadakı üstünlükdən motivasiya ala, çətin rəqibin meydanına xoş əhval-ruhiyyə ilə yollana bilər.
Bu komandalar indiyə qədər 6 dəfə qarşılaşıb. Bunlardan 1-də “Zirə”, 3-də “Araz-Naxçıvan” qələbə qazanıb, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində bərabərlik var – 4:4.
Sumqayıt – Səbail
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 14:+9=1-4, 23:13. 2017/18 – 0:0, 1:2; 2018/19 – 1:0, 1:2; 2019/20 – 0:3; 2020/21 – 2:1, 3:0; 2021/22 – 2:0, 5:0; 2022/23 – 2:0, 1:3; 2023/24 – 1:0, 2:1; 2024/25 – 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 18.30.
“Sumqayıt”da Samir Abasovun istefasından sonra başlayan Vaqif Cavadov erası hələ uzun müddət davam edəcək. Bəli, hələ ki belə görünür.
Mövsümün ikinci yarısında da əksəriyyətin gözü “kimyaçılar”da olacaq. Ona görə ki, avrokuboklardakı uğursuzluqdan sonra xaos yaşayan komanda toparlanıb. Heyətdə, demək olar ki, dəyişiklik etməyən “gənclik şəhəri”nin təmsilçisinin indi özünü hansı tərəfdən göstərəcəyi maraqlıdı. “Səbail”lə bağlı təəssürat isə xoş deyil. Sonuncu pillədə qərarlaşan komandanın yeni futbolçularla güclənsə də, premyer-liqada qalacağını deyənlərin sayı azdı. “Dənizçilər”, hər şeyə rəğmən, döyüşməli və 3-cü dövrəyə qələbəylə start verməklə düşərgədə müsbət ab-hava yaratmalıdı. Yoxsa onsuz da çətin olan vəzifə bir qədər də ağırlaşacaq.
Bu komandalar indiyə qədər 28 dəfə qarşılaşıb. Bunların 17-də Sumqayıt, 8-də Bayıl təmsilçisi qalib gəlib, 3-də hərəyə bir xal düşüb. Topların nisbətində “kimyaçılar” öndədi – 38:21.
19 yanvar
Kəpəz – Turan Tovuz

“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 5:+2=1-2, 3:6.
2022/23 – 0:0, 1:0; 2023/24 – 0:2, 2:1; 2024/25 – 0:3.
Cəzalılar: Şəhriyar Əliyev, Aleks Souza (hər ikisi “Turan Tovuz”).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əli Əliyev.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Rəhman İmami.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz, şəhər stadionu. Saat 16.00.
İddia olunur ki, “Kəpəz” sponsor da tapıb, maliyyə durumundakı problemləri də aradan qaldırıb, hələ yeni transferlər də edəcək. Qeyd olunanlar doğrudusa, mövsümün ikinci yarısında daha güclü və iddialı komanda görə bilərik. Lakin bunun 3-cü dövərinin ilk matçında yaşanması o qədər də real görünmür. Hələ komandada ciddi dəyişikliklər edilməyib. Yalnız futbolçuların fiziki və psixoloji vəziyyətini yaxşı mənada dəyişmək mümkündü ki, Azər Bağırov qış fasiləsinə bunu etməyə çalışıb. İlin ilk sınağında – Qərb derbisində gəncəlilərin nə dərəcədə uğurlu olacağına aydınlıq gələcək. “Turan Tovuz”la bağlı vəziyyət isə aydındı. Komanda uğurları davam etdirmək və avrokuboklara vəsiqə qazanmaq üçün bütün gücünü sərf etməli və qələbə qazanmaqla ilk “dördlük”dəki yerini möhkəmləndirməyə çalışmalıdı. Həmçinin aparıcı oyunçulardan ikisinin – Souza ilə Şəhriyarın yoxluğu hadisələrin axarına təsir etməməlidi. Üstəlik Denis Marandiçi, Roderik Miller, Faiq Hacıyev də Eltun Turabov zədədən əziyyət çəkir.
Bu komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 7-də “bozqurd”, 2-də “sarı-göylər” qələbə qazanıb, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində tovuzlular öndədi – 17:4.
Neftçi – Sabah
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 13:+7=1-5, 18:11.
2018/19 – 2:0, 3:0; 2019/20 – 1:1, 4:0; 2020/21 – 1:0, 2:1; 2021/22 – 1:2, 1:0; 2022/23 – 2:3, 1:0; 2023/24 – 0:1, 0:1; 2024/25 – 0:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı, “Neftçi Arena”. Saat 18.30.
Tura paytaxt derbisiylə yekun vurulacaq. İndiki halda “Sabah”ın qələbə qazanacağını, işlər yolunda getməsə, səfərdən bir xalla qayıdacağını proqnozlaşdırmaqdan başqa yol yoxdu. Qısası, “Neftçi” qış fasiləsini də boşa verdi desək, yanılmarıq. Hətta iki futbolçuyla vidalaşan “ağ-qaralar” cəmi bir transfer edib. Komandanın yoxlama oyunları keçirmədiyini də nəzərə alsaq, yuxarıda qeyd olunanların haqlılıq payının çox olduğu məlumdu. O başqa məsələ ki, futbol süprizləri sevir. Hər halda, Berezutskinin “Sabah”ını matçın favoriti saya bilərik. Qalan məsələlərə isə meydanda ayrınlıq gələcək.
Bu komandalar indiyə qədər 25 dəfə qarşılaşıb. Bunların 13-də “Neftçi”, 7-də “Sabah” qalib gəlib, 5 də “sülh” qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 33:20.
1. Qarabağ 19 16 2 1 50-9 50
2. Araz-Naxçıvan 18 12 3 3 21-13 39
3. Turan Tovuz 18 8 8 2 24-15 32
4. Zirə 18 9 3 6 28-16 30
5. Sabah 18 6 8 4 27-24 26
6. Sumqayıt 18 6 2 10 15-26 20
7. Şamaxı 19 4 5 10 18-26 17
8. Neftçi 18 3 8 7 16-27 17
9. Kəpəz 18 3 2 13 12-41 11
10. Səbail 18 2 3 13 16-30 9
Bombardirlər: Coy-Lens Mikels (Sabah), Felipe Santos (Araz-Naxçıvan) – 8, Davit Volkov (Zirə), Leandro Andrade (Qarabağ) – 7.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
* “Zirə” evdə qol vurmayıb. Son 5 qarşılaşmada qonaq olan komanda uduzmayıb.
* “Sumqayıt” son 9 matçda qol vurub. “Səbail” son 6 oyunda məğlub olub.
* “Turan Tovuz” son 6 görüşdə qol vurub. “Kəpəz” son üç qarşılaşmada uduzub.
* “Sabah” son 6 görüşdə uduzmayıb. “Neftçi” son 5 oyunda qol vurmayıb.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Yanvar 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri