Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Qubada elitada qalmaq istəyənlərin dueli, Masazırda paytaxt derbisi...

Qubada elitada qalmaq istəyənlərin dueli, Masazırda paytaxt derbisi...

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən keçirilən “Şamaxı” – “Kəpəz”, “Turan Tovuz” – “Qarabağ” oyunlarıyla Misli premyer-liqasında 8-ci tura start verildi.

Bu gün və sabah şahidlik edəcəyimiz matçlarla daha bir turu geridə qoyacağıq. Son 4 görüş də “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
1-ci dövrə, 8-ci tur
10 oktyabr
İmişli – Qəbələ

“İmişli” bu rəqiblə qarşılaşmayıb.
Cəzalı: Prins Ovusu (Qəbələ).
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.
Günün ilk matçında premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandalar – “İmişli”ylə “Qəbələ” üz-üzə gələcək. Bilindiyi kimi, “pələnglər” yeni mövsümə gözləniləndən iddialı başlayıb. Aran təmsilçisi nəinki özünə tən komandalardan, hətta boyundan yuxarı tullanaraq daha güclü rəqiblərdən belə xal qoparmağı bacarıb. Bu üzdən “İmişli”nin “doğma divarlar” arasında keçiriləcək qarşılaşmada qalib gələcəyini proqnozlaşdırmaq olar. Əlbəttə, belə düşünməkdə “Qəbələ”nin bugünkü durumunun da böyük rolu var. Ona görə ki, “qırmızı-qaralar” həm kasad, həm də hələ öz oyununu tapmaqda çətinlik çəkən heyətə sahibdi. Düzdü, belədə bölgə təmsilçisinin uğurlu çıxış edəcəyinə inam azalır. Ancaq “Qəbələ”yə yenidən 1-ci liqaya yuvarlanmamaq üçün döyüşməkdən başqa çarə qalmır...
Sumqayıt – Karvan-Yevlax
“Sumqayıt” bu rəqiblə qarşılaşmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Əliyar Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 18.00.
Açıq-aşkar xaosa sürüklənən “Sumqayıt”ın millinin oyunlarıyla bağlı fasilədən nə dərəcədə faydalandığından xəbərdar deyilik. Hər halda, bundan maksimum yararlanmağa məcbur idilər. Ona görə ki, avrokuboklar uğrunda mübarizə aparan komanda mövsümün əvvəlində üzləşdiyi uğursuzluqlardan vaxtında canını qurtarmalıdı. Əks halda, hədəfiylə vaxtından əvvəl vidalaşa bilər. Deməli, bu gün “kimyaçılar”ın əvvəldən sona qədər qələbə üçün döyüşəcəyi qarşılaşma izləyə bilərik. Lakin rəqibin xal arzusunu da gözardı etmək olmaz. Premyer-liqanı tərk etmək istəməyən “Karvan-Yevlax” təhlükəli zonadan uzaqlaşmağın yollarını axtarır. Məhz bu səbəbdən Sumqayıtdan azı “sülh”lə qayıtmağa çalışacaq. Qısası, bu görüşü diqqət mərkəzində saxlamağa dəyər.
19 oktyabr
Sabah – Zirə

“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 13:+4=4-5, 15:17.
2018/19 – 2:1, 0:3; 2019/20 - 2:2; 2020/21 – 0:1, 2:1; 2021/22 – 3:3, 3:1; 2022/23 – 1:0, 0:0; 2023/24 – 0:1, 0:1; 2024/25 – 0:2, 1:1.
Cəzalı: Ayron Qomis (Zirə).
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani .
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı, “Bank Respublika Arena”. Saat 16.00.
Heç şübhəsiz, bu matçda qələbə hər iki komanda üçün önəmlidi. Hər halda, söhbət paytaxt derbisindən gedir. Masazırda turdan-tura sürət yığan “Sabah”la son iki oyunda qələbəyə həsrət qalan “Zirə” qarşılaşacaq. Tərəflərin hədəfi də eynidi: avrokuboklara yollanmaq. Əlbəttə, bunun üçün indidən “azuqə yığmaq” lazımdı ki, “bayquşlar” evdə nə özü üzülməli, nə də tərəfdarlarının kefinə soğan doğramalıdı. O başqa məsələ ki, “Karvan-Yevlax”la oyunda qabırğası əzilən Coy-Lens Mikelsin bu matçda iştirak edib-etməyəcəyi dəqiq deyil. Axı o, nəinki komandasının, həm də premyer-liqaının bombardiridi. Həmçinin Zinəddin Uld Xaled, Boyan Letiç, Neqoş Kupusoviç və Pavol Şafranko zədə üzündən meydana çıxa bilməyəcək. Belədə “Zirə” nəyə ümid edə bilər? Ən pis halda statistikaya. Çünki “qartallar” Masazırda keçirdiyi son 5 matçda uduzmayıb. “Sabah”ın tilsimi qırıb-qırmayacağını görmək üçün isə sabahı gözləməliyik.
Komandalar indiyə qədər 27 dəfə qarşılaşıb. Bunların 10-da “Sabah”, 8-də “Zirə” qələbə qazanıb, 9-da heç-heçə qeydə alınıb. Topların nisbətində “bayquşlar” öndədi – 32:29.
Neftçi – Araz-Naxçıvan
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 6:+3=2-1, 14:3.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
2000/01 – 6:0; 2001/02 – 3:0; 2023/24 – 1:1, 3:0; 2024/25 – 0:1, 1:1
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Asiman Əzizli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı, “Palms Sports Arena”. Saat 18.30.
İndiyə qədər xeyli heç-heçə və hakim qərarlarının yanlış olduğu iddiasıyla uğursuzluqlarını ört-basdır etməyə çalışan Samir Abasov milli fasilədən sonra daha yaxşı nəticələr qazanmağa məcburdu. Azı ona görə ki, komandanın hədəfi avrokuboklara yollanmaqdı və “ağ-qaralar” gündən-günə bu arzudan uzaq düşür. Hər halda, bundan sonra xal itkilərinə bəraət qazandırmaq, sadəcə, gülünc görünəcək. Çünki artıq 8-ci turdu və “Nefttçi” əvvəlki əzəmətini bərpa etmək üçün yalnız qələbələrin ətəyindən yapışmalıdı. Bəs uğurlu nəticələrin təməli “Araz-Naxçıvan”la matçda qoyula bilərmi? Çətindi... Çünki Muxtar Respublika təmsilçisi də avrokuboklarda çıxış etmək niyyətindədi. “Qırmızı-ağlar” “futbol ili”ni daha uğurlu keçirir. Düzdü, Elmar Baxşıyevin komandası “Neftçi”nin meydanından qələbəylə qayıtmağı, demək olar ki, bacarmır. Ancaq məhz bu matçda qonaqların daha şanslı göründüyünü desək, yanılmarıq.
Komandalar indiyə qədər 12 dəfə üz-üzə gəlib. Bunların 4-də “Neftçi”, 4-də “Araz-Naxçıvan” qələbə qazanıb, 4-də “sülh” qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 23:8.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Zirə” son 5 oyunda uduzmayıb. Son üç matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
// “Araz-Naxçıvan” son 4 qarşılaşmada uduzmayıb. Son iki görüşdə hər iki komanda qol vurub.
1. Qarabağ 7 5 1 1 13-3 16
2. Turan Tovuz 8 5 0 3 11-6 15
3. Araz-Naxçıvan 7 4 2 1 10-9 14
4. Zirə 7 3 4 0 14-7 13
5. Sabah 6 3 2 1 7-3 11
6. Sumqayıt 7 3 2 2 9-7 11
7. Şamaxı 8 2 3 3 10-11 9
8. İmişli 7 2 2 3 5-7 8
9. Neftçi 7 1 5 1 5-4 8
10. Karvan-Yevlax 7 1 2 4 4-13 5
11. Qəbələ 7 1 1 5 6-9 4
12. Kəpəz 8 1 0 7 6-21 3
Bombardir: Coy-Lens Mikels (Sabah) – 4.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri