Icma.az
close
up
RU
Bu gün BMT canlı meyitdir Natiq Miri

Bu gün BMT canlı meyitdir Natiq Miri

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Dünyanı 5 dövlətin barmaq işarəsinə bağlamaq burada buraxılan ən böyük yanlışlıqdır"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Nizamnaməsinin prinsiplərinin beynəlxalq hərbi münaqişələrə seçici şəkildə tətbiq edilməməsinin vacibliyini bildirib.

Bu barədə o, Astanda keçirilən Regional Ətraf Mühit Sammitində danışıb. Tokayev qeyd edib ki, BMT və digər əsas beynəlxalq təşkilatların müasir dünyanın reallıqlarını tam şəkildə əks etdirməsini təmin etməliyik: “ Dünya elə bir təbiət və geniş miqyaslı transformasiya dövrünə qədəm qoyub ki, bu, tamamilə görünməmiş və gözlənilməzdir. BMT Nizamnaməsinin prinsiplərini beynəlxalq hərbi münaqişələrə seçici şəkildə tətbiq etməkdən çəkinməliyik”.

Qazaxıstan liderinin sözlərinə görə, 80 il əvvəl təsis edilmiş BMT dialoq üçün yeganə universal platforma kimi əvəzolunmaz olaraq qalsa da, o vaxtdan bəri dünya kökündən dəyişib: “Beynəlxalq hüququn təməl daşı olaraq qalan BMT Nizamnaməsinin toxunulmazlığı haqqında çox şey danışılır. Amma BMT Nizamnaməsi seçmə yanaşmalar üçün platforma kimi xidmət etməməlidir. Əksinə, BMT Nizamnaməsi vahid, hərtərəfli sənəd kimi qəbul edilməli və bütün müddəaları ilə tanınmalıdır”.

 Qeyd edək ki, BMT qətnamə qəbul etməklə kifayətləndikcə, onların icrasını təmin edən konkret sanksiya mexanizmləri, məhkəmə prosedurları və effektiv beynəlxalq hüquqi alətlər tam gücü ilə işləmədikcə qlobal münaqişələrin davam etməsi qaçılmaz olaraq qalır.

Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının funksionallığı əhəmiyyətli dərəcədə zəifləyib və təşkilat artıq bir çox məsələlərdə təsir göstərmək iqtidarında olmadığını deyib. 

Onun sözlərinə görə, dünyanı 5 dövlətin barmaq işarəsinə bağlamaq burada buraxılan ən böyük yanlışlıqdır:

“Onun nəticəsidir ki, bu gün BMT canlı meyitdir. BMT, əslində, II Dünya müharibəsindən sonra gerçəkdə ortaya çıxan reallığın nəticəsi olaraq mövcuddur. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri avtoritar və despotik rejimlərlə demokratik dünya arasında tarazlığın nümunəsi kimi ortaya çıxıb. Dünyanın nizamlı və sülh şəraitində yaşaması üçün güc mərkəzlərinin geosiyasi maraqlarını təmin etmək və onlara hər şeyin üstü olaraq hüquq vermək buraxılan ən böyük yanlışlıqdır. BMT kimi mötəbər bir qurum hazırda dünyada cərəyan edən problemlərin öhdəsindən gəlməkdə acizdir. Onun nəticəsidir ki, BMT müasir münaqişələri həll etməkdə çətinlik çəkir.

Ona görə də son zamanlar BMT-də islahatların vacibliyi məsələsi önə çəkilir. Məsələ xeyli müddətdir ki, gündəmdədir. Türkiyə, hətta ABŞ-nin özü islahatların vacibliyini dəfələrlə gündəmə gətiriblər. Lakin buna baxmayaraq, hələ ki bu istiqamətdə real addımlar atılmır. İslahatların vacibliyi sadəcə sözdə bildirilir. Reallıqda isə yenə də əsas güc mərkəzləri veto hüququndan istifadə etməklə təşkilatdan öz maraqları naminə yararlanmaqda davam edirlər”.

N. Miri qeyd edib ki, hüquqi qərarlarla onların icrası arasında boşluğun qalması beynəlxalq münasibətlərdə ikili standartların yaranmasına gətirib çıxarır: “Bu səbəbdən BMT Nizamnaməsinin vahid və hərtərəfli şəkildə tətbiqi çağırışı hüquqi baxımdan doğru olsa da, onun praktik reallaşması mövcud geosiyasi reallıqlar fonunda kifayət qədər çətindir. Tokayevin mövqeyi beynəlxalq hüququn zəifləməsini deyil, daha çox onun transformasiyasını göstərir. Hüquq hələ də mövcuddur və vacibdir, lakin onun effektivliyi birbaşa güc balansı və siyasi razılaşmalarla şərtlənir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Aprel 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri