Icma.az
close
up
RU
“Putin daha böyük müharibəyə hazırlaşır” NATİQ MİRİ

“Putin daha böyük müharibəyə hazırlaşır” NATİQ MİRİ

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu sənəd nə Ukrayna, nə də ona dəstək verən ölkələr tərəfindən qəbul olunmayacaq...”

“...bu sənəddə ciddi rus izləri var və açıq görsənir ki, həmin sülh mətninin müəyyən hissəsi açıq şəkildə rus dilindən tərcümə olunmuş rusizm ideyalarını özündə ehtiva edir”

“Bu, Azərbaycanı, bütün post-sovet ölkələrini də təhdid edən bir məsələdir”

Rusiya birtərəfli qaydada düşünür ki, Rusiyanın iştirak etdiyi bu sənədi Ukrayna qəbul etməyəcək və Trampın barmaq silkələməsi kontekstində Ukrayna-ABŞ, yəni Zelenski-Tramp arasında münasibətlər gərginləşəcək, korlanacaq.

Xəbər verildiyi kimi, bugünlərdə Ukrayna Prezidenti Vlolodimir Zelenski İsveçrənin Cenevrə şəhərində ABŞ, Ukrayna və Avropa tərəfdaşlarının nümayəndə heyətləri arasında “sülh planı” üzrə intensiv danışıqların davam etdiyini bildirib. Bəzi politoloqların fikrincə, bu planın qəbul edilməsi Ukraynanın suverenliyi baxımından qəbuledilməzdir. Bildirilir ki, bu “sülh planı” daha çox Rusiyanın maraqlarını ehtiva edir.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri mövzu ilə bağlı “Hürriyyət”ə öz fikirlərini açıqlayıb.

- Natiq bəy, necə düşünürsünz Ukrayana bu “sülh planı”nı qəbul edəcəkmi?

- İlkin təqdim olunan variantda olduğu kimi, bu “kağız parçası” əlbəttə ki, qəbul olunmayacaq. Mən niyə “kağız parçası” dedim?! Çünki bu plan deyiləcək bütöv bir sistemi özündə əhatə etmir. Hansısa başıpozuq, diplomatiyadan, siyasətdən çox uzaq adamların tərtib etdiyi müxtəlif tezislər çoxluğudur ki, bu səbəbdən, mən mətn və yaxud “kağız parçası” dedim.

Bilirsiniz ki, bu kontekstdə intensiv danışıqlar aparılır. Bu sənəd müəyyən korrektələrə məruz qalacaq. Buna qətiyyən şübhə olmasın. Çünki, əks təqdirdə, bu sənəd nə Ukrayna, nə də ona dəstək verən ölkələr tərəfindən qəbul olunmayacaq. Çünki bu, böyük bir prosesdir və burada yalnız Rusiya və Ukraynanın iradəsi təmsil olunmur. Burada Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, o cümlədən “Böyük yeddilər”in siyasəi iradəsi, geosiyasi maraqları və təhlükəsizlik məsələləri var ki, bütün bu maraqlar mütləq mənada  nəzərə alınmalıdır.

- Yəni bu “sülh planı”nda Ukraynanın maraqları heç nəzərə alınımır?

- Hiss olunur ki, ABŞ-Ukrayna görüşlərində Ukraynanın maraqlarını ifadə edən bir neçə müddəa artıq sənəddə yer almağa başlayıb, ancaq burada məsələ Ukraynanın və yaxud Avropa Birliyinin sənədi qəbul edib-etməməsindən getmir. Bu məsələ mahiyyət etibarilə əslində, bir çox həqiqətləri ortaya çıxaracaq böyük bir prosesdir. Çox təəssüf ki, bu prosesi idarə və nəzarət edən tərəf ABŞ-da yetərsiz, qlobal səviyyədə siyasətdən naşı, eyni zamanda qlobal təhlükəsizliyi çox rahatlıqla özlərinin biznes maraqlarına qurban verə biləcək bir hakimiyyət və administrasiya mövcuddur. O baxımdan, düşünürəm ki, bu, çox ağrılı bir prosesdir. Hətta Ukrayna müəyyən korrektələr etsə, yəni istəklərini həmin plan deyiləcək mətnə sala bilmiş olsa da, bu, hələ sülh olacağına təminat vermir.

- Natiq bəy, maraqlıdır ki, bu “sülh planı” niyə məhz indiki vəziyyətdə ortalığa çıxdı?

- Əvvəla, Amerika Birləşmiş Ştatları bu münaqişənin tez bir zamanda həll edilməsində çox maraqlıdır. Ayrıca, bir də bu prosesin tərkib hissəsi kimi görsənən bəzi hadisələr var ki, məhz bu ərəfədə yaşandı. Birincisi, Rusiyanın məhdud imkanları çərçivəsində cəbhəboyu Rusiyanın intensiv hücuma keçməsi hadisəsidir. Donetsk vilayətində qala şəhəri adlanan Pokrovsk, Mirnoqrad və Konstantinovka, eyni zamanda Xarkovun Kupyansk şəhəri, hətta Zaporojye istiqamətində ciddi hücumlarını gördük. Və paralel olaraq bir də çox önəmli bir hadisə yaşandı ki, o da Ukraynada baş verən böyük korrupsiya qalmaqalı ilə bağlıdır. Fikir verdinizsə, bu korrupsiya qalmaqalı ortalığa çıxandan az sonra belə bir “sülh mətni” deyiləcək bir mətn dövriyyəyə buraxıldı. Paralel olaraq bir də Ukrayna hakimiyyətinə təzyiq xarakterli barmaq silkələnməsini biz gördük. Həmçinin, noyabrın 27-də Amerika Birləşmiş Ştatlarında “Təşəkkür bayramı” deyiləcək bir bayram var və bu bayrama qədər bu planın qəbul olunmasını istəyirlər. Burada plandan söhbət getmir. Çünki burada nə diplomatik, nə də bir-birini şərtləndirən bütöv bir sistem olaraq plan mövcud deyil. Ona görə də, bu müəyyən suallar yaradır ki, necə oldu belə bir plan ortalığa çıxdı?! Və burada artıq dərhal Rusiya izləri ortaya çıxır. Mənə elə gəlir ki, dünyanın araşdırmalı, insanların diqqət etməli əsas məsələlərdən biri də budur ki, bu sülh mətni harada və kim tərəfindən hazırlanıb?! Amerika Birləşmiş Ştatları iddia edir ki, bunu ABŞ prezident Administrasiyası hazırlayıb, ancaq bu sənəddə ciddi rus izləri var və açıq görsənir ki, həmin sülh mətninin müəyyən hissəsi açıq şəkildə rus dilindən tərcümə olunmuş rusizm ideyalarını özündə ehtiva edir. Bunu ingiliscəyə çevirəndə də mahiyyət dəyişmir. Tərcümə etsəniz belə, rus qafası, yəni rusizm izləri bu mətndə açıq şəkildə görsənir.

- Mətbuatda yayılan məlumata görə, bu “sülh planı”nın hazırlanmasını Trampın özü də son anda bilib. Lakin ona məlumat verildikdən sonra planı təsdiqləyib...

- Sənədin müəyyən hissəsini prezident Putinin ailəsinə çox yaxın olan Kirill Dmitriyev hazırlayıb. Çünki sənəd çox naşıdır, siyasi və diplomatik yöndə çox yetərsizdir. Eyni zamanda, bir-birini şərtləndirməyən tezislərdən ibarətdir ki, buna da bütövlükdə bir sistemli plan demək qeyri-mümkündür. Sənədin digər hissəsi var, düşünürəm ki, bu məsələlərin içərində, əlbəttə, ABŞ Prezident Administrasiyası iştirak edib, yəni prezidentin xüsusi nümayəndəsi Uitkoff. Heç kəsə sirr deyil ki, Uitkoff Putin ailəsinə yaxın olan Kirill Dmitriyevlə biznes tərəfdaşıdır. Onların həm Rusiyada, həm yaxın Şərq, ərəb olkələrində, hətta ola bilsin ki, Amerika və Amerika Ştatlarında da tikinti ilə bağlı birgə şirkətləri var. Ona görə də Uitkoffun Kirill Dmitriyevlə hazırladığı bir sənəd heç bir zaman nə Avropanın, nə də Ukraynanın maraqlarına xidmət edə bilməz. Ancaq bu o demək deyil ki, sənəd təqdim olunubsa, olduğu kimi qəbul olunacaq. Düşünürəm ki, çox ciddi korrektə oluncaq. Yalnız maraqlar ifadə olunduğu və təhlükəsizlik təminatı olduğu təqdirdə, bu sənəd qəbul olunacaq.

- Sənəd qəbul olunacağı təqdirdə, bunun region ölkələri, xüsusən də Azərbaycan üçün hansı müsbət və mənfi tərəfləri ola bilər?

- Bu məsələnin açılmasına Azərbaycan mediasında ciddi ehtiyac var. Azərbaycanın maraqları kontekstində burada əsas suallardan biri odur ki, Rusiya müharibəni bitirməyə, sülh müqaviləsi imzalamağa hazırdırmı? Bu yaxınlarda Rusiya Dövlət Duması zamanında Müdafiə Nazirliyi ilə müqavilə bağlamış ehtiyatda olan insanları yenidən orduya çağırışla bağlı qərar qəbul etdi və dərhal prezident tərəfindən bu qərar təsdiqləndi, imzalandı. Burada cəlbedici nədir? Diqqəti cəlb edən məsələ ondan ibarətdir ki, bu ehtiyatda olan qüvvələrin sayı iki milyona yaxındır və bu iki milyona yaxın insan sadəcə Ukraynadakı “ət maşını”na göndərilmək üçün orduya çağırılır? Məncə, bu, sualı açmır. Demək ki, Rusiya, Vladimir Putin daha böyük müharibəyə hazırlaşır. Kiminlə? Əlbəttə, Avropa ilə yeni müharibədən söhbət gedir. Artıq bu, hibrid qaydada Avropada başlayıb. Rusiyanın dronları Avropanın istənilən dövlətinin şəhərlərini açıq şəkildə təhdid edir, nəqliyyatı iflic edir, aerodromlarda təyyarələrin uçmasını təhdid edir və təhlükəsizliyə təhlükə yaradır. Mən bunu ona görə söyləyirəm ki, təhlil kompleks bir məsələdir. Və burada məsələ bir də ondan ibarətdir, hiss olunur ki, Rusiya bu müharibəni bitirmək fikrində deyil. Onda niyə bu sənədin ortaya çıxmasında qismən olsa iştirak edib, həm də razı olub? Burada əsas niyyət ondan ibarətdir ki, Rusiya birtərəfli qaydada düşünür ki, Rusiyanın iştirak etdiyi bu sənədi Ukrayna qəbul etməyəcək və Trampın barmaq silkələməsi kontekstində Ukrayna-ABŞ, yəni Zelenski-Tramp arasında münasibətlər gərginləşəcək, korlanacaq.Nəticə nədən ibarət olacaq? Hərbi yardım, silahlar, kəşfiyyat informasiyaları dayandırılacaq, Amerika Birləşmiş Ştatları bu sülh prosesindən ayrılacaq. Yəni Ukraynadan çıxacaq. Rusiyanın istədiyi budur. Bununla da Avropa Birliyi, ABŞ arasında sərhədlərin, maneələrin yaranmasına, münasibətlərin korlanmasına yol açacaq ki, bu da perspektivdə NATO-nun parçalanması deməkdir. Yəni Rusiyanın Avropa, Qərb ilə böyük planı kontekstində düşünülmüş bir oyundur və ayrıca, hətta Rusiya qısamüddətli sülhə razılaşmış olsa belə, əmin olun ki, Rusiya prezidenti Vladimir Putin bu sülh imzasını Zelenski ilə deyil, Donald Trampla imzalamaq istəyir. Yəni söhbət Ukrayna ilə sülhdən deyil, Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında münasibətlərin tənzimlənməsi, iqtisadi əməkdaşlığı tətikləməkdən gedir. Məsələ buradadır və bunun içərisində Rusiyanın böyük iddiaları var. Ona görə, bu gün Avropada hibrid müharibəsi davam edir. Nəticə etibarilə Rusiya sadəcə, bu planda göstərilənlərlə yetinəcək bir dövlət deyil, Putinin iddiaları böyükdür. Birincisi, Azərbaycanın maraqları baxımından, yenidən post-sovet məkanı Rusiyanın əhatə dairəsinə qayıdır. Bu, Azərbaycanın və digər postsovet ölkələrinin maraqlarına uyğundurmu? Deyil. Bu avtomatik olaraq böyük bir təhlükəsizlik məsələsi yaradır. Hadisələrə böyük mənzərədən baxmaq lazımdır. Eyni zamanda Rusiya Cənubi Qafqazı, Orta Asiyanı yenidən özünün orbitinə qaytarmaq istəyəcək. Rusiya bununla yetinirmi? Xeyr. Rusiya Şərqi Avropanı, Balkanları da özünün təsir dairəsinə salmaq istəyir. Hətta yeni təsir dairələri haqqında iddialar ortaya qoyur. Ona görə, Avropaya barmaq silkələməsi, güc nümayişi var. Baxmayaraq ki, bu gücün altında Rusiya dövləti və ordusu çox əzilər. Ancaq hər bir halda, qorxudur. Çünki qarşısında duranlar həqiqətən qorxur. Qorxmamış olsaydılar, Ukrayna müharibəsi dörd ilə yaxın davam etməzdi. Ona görə də bu məsələ Azərbaycanı, bütün post-sovet ölkələrini təhdid edən bir məsələdir.

CAVİD

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Noyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri