Icma.az
close
up
RU
Bu gün Cəmşid Naxçıvanskinin anım günüdür

Bu gün Cəmşid Naxçıvanskinin anım günüdür

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 26 avqust, AZƏRTAC

Avqustun 26-sı milli hərb tariximizin görkəmli nümayəndəsi general-mayor Cəmşid Naxçıvanskinin anım günüdür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanski 1895-ci il avqustun 10-da Naxçıvan şəhərində anadan olub.

Cəmşid Naxçıvanski 43 illik ömrünün 26 ilini hərb sənətinə sərf edərək sıravi əsgərdən general rütbəsinə qədər yüksəlib. O, təşəbbüskarlığı, təşkilatçılığı ilə hərb işini ətalətdən çıxararaq, zamanın ən nüfuzlu peşəsinə çevirib. Cəmşid Naxçıvanski Azərbaycanda, həmçinin Zaqafqaziyada bir çox ilklərə imza atıb. Belə ki, sərkərdə Azərbaycanın ilk “Milli Atıcı Diviziyası”nı yaradıb, ”Sərhəd işinin təşkili və idarəolunması”nı həyata keçirib, əsgər və zabitlərin hərbi-taktiki hazırlıqları ilə yanaşı, ideya-siyasi hazırlıqlarının yüksəldilməsi məqsədilə “Hərbi bilik” jurnalını təsis edərək dərginin həmredaktoru kimi ən aktual mövzularla mətbuatda çıxışlar edib. Həmçinin Zaqafqaziya Hərbi Dairəsində ilk dəfə “Hava hücumundan kimyəvi vasitələrlə müdafiə”ni təşkil edib, M. V. Frunze adına Moskva Hərbi Akademiyası kimi nüfuzlu tədris ocağında ilk azərbaycanlı hərbçi-pedaqoq olaraq rus və fransız dillərində mühazirə oxuyub.

Cəmşid Naxçıvanski akademiyada Ali Pedaqoji Şuranın üzvü, həmçinin tədris korpusunun və yataqxananın yoxlanılmasına müstəsna səlahiyyətli 4 nəfərdən biri olub. Sərkərdə döyüş vaxtı cinahların yerdəyişməsi və kordinasiyası konsepsiyasını yenidən işləyib hazırlayıb. Naxçıvanskinin bütün incəliklərinə qədər işləyib hazırladığı bu hərbi doktrinadan İkinci Dünya müharibəsində Sovet hökuməti məharətlə yararlanıb və yüksək nəticələr əldə edib. Naxçıvanskinin akademiyada dərs keçdiyi müdavimlərdən 3 nəfər Sovet İttifaqı Marşalı adına layiq görülüb, onlarla general, yüzlərlə yüksək rütbəli hərbçi yetişib.

Xan nəvəsinin yüksək zəkasını, elmi potensialını, ən əsası isə vətənpərvərliyini və yurdsevərliyini xalqımızın düşmənləri (şaumyanlar, mikoyanlar, beriyalar və s.) həzm edə bilmirdilər. Cəmşid Naxçıvanski daim təqib olunaraq məqsədli ittihamlara məruz qalırdı. O, irtica qüvvələri tərəfindən 3 dəfə həbs olunub, iki ölüm hökmündən son anda qurtulub. 1938-ci il may ayının 20-də sonuncu - üçüncü dəfə həbs edilən Cəmşid Naxçıvanski saxta ittihamlarla SSRİ əleyhinə gizli silahlı təşkilat yaratmaqda və ona birbaşa rəhbərlik etməkdə günahlandırılır. 1938-ci il avqustun 25-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Naxçıvanskinin saxlandığı Lefertova zindanında səyyari, qapalı dinləmələr keçirir. Bir gün sonra - avqustun 26-da Hərbi Kollegiya Cəmşid Naxçıvanskiyə ölüm hökmü çıxarır və qərar icra olunur. O, Moskva yaxınlığında gizli kod adı “Kommunarka” olan kütləvi məzarlıqda dəfn edilir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük təşəbbüsü, Azərbaycan KP MK Bürosunun 1971-ci il 23 iyun tarixli Qərarı ilə Cəmşid Naxçıvanskinin xatirəsi əbədiləşdirilib. Ulu Öndərin yaratdığı respublika hərbi təyinatlı orta internat-məktəbi Cəmşid Naxçıvanskinin adını daşıyır. 1981-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə milli hərb tariximizin görkəmli nümayəndəsi, ilk Azərbaycan Atıcı Diviziyasının yaradıcısı və komandiri, novator sərkərdə Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar ata-baba yurdu olan Naxçıvanda ev muzeyi yaradılıb. Həmin muzey 1982-ci il oktyabrın 22-də fəaliyyətə başlayıb. Muzeyin fəaliyyət göstərdiyi inzibati bina Cəmşid Naxçıvanskinin atasının evi olub, XIX əsr tarix-mədəniyyət abidəsidir. Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən sənədlər, fotoşəkillər, çap məhsulları, rəssamlıq əsərləri, məktub və əlyazmalar, məişət-etnoqrafiya əşyaları, orden və medallar və digər materiallardan ibarət ümumilikdə 5 min 550 maddi-mədəniyyət nümunəsi mühafizə olunur ki, bunlardan da 635-i 6 ekspozisiya zalında nümayiş etdirilir. Ekspozisiyada görkəmli sərkərdənin şərəfli döyüş yolunu əks etdirən kitab və monoqrafiyalar, rəsm, qrafika və reproduksiyalar, numizmatika nümunələri, ailəyə məxsus xatirə əşyaları, həmçinin milli dövlətçilik tariximizdə xüsusi yeri olan Araz-Türk Cümhuriyyətinə aid müvafiq materiallar xüsusi yer tutur.

Prezident İlham Əliyevin imzaladığı “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2 aprel 2015-ci il tarixli Sərəncam, həmçinin onun ev muzeyinin əsaslı təmir və bərpası Cəmşid Naxçıvanski irsinə dövlət qayğısının bariz nümunəsidir.

Milli hərb tariximizdə igidlik və sədaqət rəmzi olan Cəmşid Naxçıvanskinin döyüş yolu, həyatı və fəaliyyəti gənc nəsillərə vətənpərvərlik təlimi aşılayır. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri