Gənclər Kitabxanasında general Cəmşid Naxçıvanskinin 130 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 11 avqust, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında hərb tariximizdə xüsusi yeri olan, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edən “Milli hərb sənətimizin iftixarı: Cəmşid Naxçıvanski - 130” adlı daycest və videomaterial hazırlanıb.
Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən materialda bir sıra rəsmi sənədlərlə yanaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Sərkərdə” məqaləsinin tam mətni, 2015-2024-cü illərdə general haqqında dövrü mətbuatda dərc edilən 20-dən çox məqalənin biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinin çox maraqlı, tarixi əhəmiyyətli aspeklərindən bəhs edən videomaterial da hazırlanıb. Materialda görkəmli generalın ölkəmizdə ilk milli atıcı diviziyanın komandiri, yaxşı təşkilatçı, bacarıqlı müəllim olmasından bəhs edilir. Yüksək ixtisaslı hərbi kadrların yetişdirilməsində müstəsna əhəmiyyəti olan generalın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda onun adını daşıyan hərbi lesiyin, Naxçıvanda isə xatirə muzeyinin fəaliyyət göstərməsi diqqətə çatdırılır.
Materiallarda Cəmşid Naxçıvanskinin şərəfli döyüş yolu, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə verdiyi dəyərli töhfələr, layiq görüldüyü orden və medallar haqqında məlumatlar da təqdim edilir.
“Milli hərb sənətimizin iftixarı: – Cəmşid Naxçıvanski – 130” adlı videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Avqust 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















