Icma.az
close
up
RU
Bu gün Dünya Çempionatı başlayır: Ronaldo və Messi tarix yazmağa hazırlaşırlar

Bu gün Dünya Çempionatı başlayır: Ronaldo və Messi tarix yazmağa hazırlaşırlar

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Bu gün futbolsevərlərin böyük həyəcanla gözlədiyi Dünya Çempionatı start götürür.

Banco.az xəbər verir ki, turnirin ən diqqətçəkən məqamlarından biri isə dünya futbolunun iki əfsanəsi Kriştiano Ronaldo və Lionel Messinin bəlkə də sonuncu dəfə Dünya Kuboku səhnəsinə çıxmasıdır.

İllərdir futbol dünyasına damğa vuran hər iki ulduz karyeralarının son dönəmini yaşayır. Milyonlarla azarkeş bu turnirdə onların növbəti möcüzələrinə şahidlik etməyə hazırlaşır.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo karyerası ərzində demək olar ki, əldə edilməyən uğur qoymayıb. Yüzlərlə qol, saysız-hesabsız rekord, beş "Qızıl top", dörd "Qızıl buts" və onlarla kubok qazanan ulduzun kolleksiyasında çatışmayan yeganə böyük titul Dünya Kubokudur. Rəsmi oyunlarda vurduğu yüzlərlə qolla futbol tarixinin ən məhsuldar oyunçularından biri olan Ronaldo üçün bu turnir arzusunu reallaşdırmaq baxımından son şans hesab edilir.

Argentina millisinin lideri Lionel Messi isə artıq Dünya Kubokunu qazanmağın sevincini yaşayıb. 2022-ci ildə futbol tarixinin ən böyük arzusuna çatan Messi indi uğurunu təkrarlamaq və karyerasını daha bir dünya çempionluğu ilə tarix yazmaq niyyətindədir. Səkkiz "Qızıl top" mükafatı qazanan argentinalı ulduz ikinci Dünya Kubokunu əldə etməklə futbol tarixindəki yerini daha da möhkəmləndirə bilər.

Dünya Çempionatı təkcə komandaların deyil, həm də bir dövrün simvollarına çevrilmiş iki əfsanənin son böyük səhnəsi kimi yadda qala bilər. Futbolsevərlər isə Ronaldo və Messinin növbəti dəfə tarix yazıb-yazmayacağını böyük maraqla izləyəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://banco.az
archiveBu xəbər 11 İyun 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri