Icma.az
close
up
RU
Bu gün görkəmli şair Əli Tudənin anım günüdür

Bu gün görkəmli şair Əli Tudənin anım günüdür

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün şair, yazıçı, siyasi mühacir Əli Tudənin xatirə günüdür.
Missiya.Az 
xəbər verir ki, əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçüb və Əli 1924-cü il yanvarın 31-də Bakıda doğulub. Şairin atası neft mədənində fəhləlik edib daha sonra isə buruq ustası vəzifəsinədək yüksəlib. Əli 1 yaşında olarkən atası Qulu, 5 yaşında ikən anası dünyasını dəyişib və o, nənəsi Qəribin himayəsində böyüyüb.

Ədibin 13 yaşında ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub, radioda səslənib. Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri dərc edilib. 1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən Əli Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib. Təhsili yarımçıq qalıb. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirib. Miyanə-Zəncan dəmiryolunda fəhləliyə başlayıb və bir müddət sonra oradan ayrılıb. Yazıçı sonradan Astara-Ənzəli şosse çəkilişində iştirak edib.

1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub. Silahı və qələmi ilə mübarizə aparıb. 1944-cü ildə "Hizbitudeyi-İran" partiyasına daxil olub. Ərdəbil vilayət partiya komitəsində Əliyə partiya bileti təqdim edilərkən ona, "Tudə" ("Xalq" deməkdir) təxəllüsü verilib. 1944-cü ildə "Vətən yolunda" qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunub. 1944–1946-cı illərdə Ərdəbildə çıxan "Ziddi faşist", "Cövdət" qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan "Vətən yolunda", "Azərbaycan" qəzetlərində, "Şəfəq", "Azərbaycan" məcmuələrində, "Şairlər məclisi" almanaxlarında şeirləri müntəzəm dərc edilib. Milli ruhlu şeirləri ilə xalqı hər zaman istiqlala çağırıb. Böyük ədib İran tarixində ilk dəfə Təbrizdə Milli filarmoniya yaradıb, onun ilk və son müdiri olub. Filarmoniyanı təşkil etmək üçün bölgələri gəzərək istedadları bura cəlb edib. 22 yaşında olanda Azərbaycan Milli hökuməti tərəfindən "21 Azər" medalı ilə təltif edilib. Azərbaycan Milli Hökuməti süquta uğradıldıqdan sonra çap ərəfəsində olan şeirlər kitabı, mətbəədə yandırılıb. Şah Əli Tudənin tutulduğu anda məhkəməsiz öldürülməsi haqqında fərman verib. Təbrizi tərk etməyə məcbur qalan şair, 1946-cı il dekabrın 12-də sərhədi keçərkən "Mən nə gətirdim" şeirini yazıb. Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi olan sözügedən şeir, sonradan öz doğma torpaqlarını tərk etməyə məcbur qalan minlərlə mühacirin manifestinə çevrilib və dillər əzbəri olub.

Bakıya mühacirət etdikdən sonra "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi vəzifəsində işləməyə başlayıb. 1947-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olub və 1952-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib. Ali məktəbi bitirdikdən sonra Azərnəşrə redaktor vəzifəsinə təyinat alıb. 1952-ci ildən 1962-ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində ədəbi-şöbə müdiri olub və bir sıra vəzifələrdə fəaliyyət göstərib.

1996-cı ilin fevral 26-da Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, onun "Cənub nəğmələri", "Bakının işıqları", "Vətən sevgisi", "Məhbusların son sözü" və s. kitabları var.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://missiya.az
archiveBu xəbər 26 Fevral 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri