Eskişehirdə Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbul, 14 dekabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Anadolu Universitetində Azərbaycan şairi, Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. “Əli Tudənin anım günü” adlanan tədbir universitetin Nəsirəddin Tusi salonunda təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirin rəsmi hissəsində çıxış edən ali təhsil müəssisəsinin professoru, Heydər Əliyev Tətbiq və Araşdırma Mərkəzinin rəhbəri Burhan Sayılır, Eskişehir Azərbaycanlılar Dərnəyi sədri Cavid Aydın və TÜRKSOY-un türkdilli icmalarla əlaqələr şöbəsinin müdiri Cavid Mövsümlü XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Əli Tudənin yaradıcılığı barədə iştirakçılara məlumat veriblər.
Tədbir şairə həsr olunan panel iclasla davam edib.
TÜRKSOY-un əməkdaşı Mehbarə Şahinin moderatorluğu ilə baş tutan paneldə Əli Tüdənin oğlu, Azərbaycan Televiziyasının (AzTV) rejissoru Natiq Cavadzadə, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı Sayman Aruz ölkəmizdə Cənubi Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biri olmuş Əli Tudənin yaradıcılığı ilə bağlı məruzələrlə çıxış edib, iştirakçılarının suallarını cavablandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 14 Dekabr 2024 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















