Icma.az
close
up
RU
Bu gün Mehdi Hüseynzadədə ajiotaj olacaq?

Bu gün Mehdi Hüseynzadədə ajiotaj olacaq?

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Premyer Liqanın XVI turunun mərkəzi qarşılaşması dünən keçirilən "Sabah" - "Qarabağ" matçı (1:1) hesab olunsa da, heç şübhəsiz ki, "prinsipial oyun" statusunu "Sumqayıt" - "Neftçi" görüşünə şamil etmək olar.

Bu gün keçiriləcək matça rəng qatan və onu prinsipial edən əsas məqam kimi Samir Abasov amilini qeyd lazımdı. Mövsümə "kimyaçılar"ın "sükanı arxasında" başlayan 46 yaşlı mütəxəssis hazırda "ağ-qaralar"ın texniki zonasında əsas söz sahibidi. Abasov hər açıqlamasında Sumqayıta bağlı olduğunu, bu şəhərinin sakini kimi klubun hər uğuruna sevindiyini bildirir. Ancaq bu gün realllıq tam başqadı. Abasov hər nə qədər Sumqayıta bağlı olsa da, hazırda əsas istəyi axşam keçiriləcək görüşdə "Neftçi"nin 3 xal qazanmasıdı. Turnir cədvəli, komandasının durumu bunu tələb edir. "Neftçi" bu tur "Mehdi Hüseynzadə"dən qalib ayrılsa, vəziyyətini bir qədər yaxşılaşdıra, cədvəldə "kimyaçılar"ı qabaqlaya bilər. Odur ki, Samir bəy və komandası üçün "sevgi" bu gün arxa pland olacaq.

İkinci dövrədən "kimyaçılar"ın baş məşqçisi təyin olunan Vaqif Cavadov gənc və iddialıdı. Cavadov "müvəqqəti baş məşqçi" yarlıkını üzərindən götürmək üçün alışıb-yanır.  Komanda onun rəhbərliyi altına çıxdığı 6 oyundan 3-də qələbə qazanıbsa, passivində eyni sayda məğlubiyyət də var. "Neftçi" üzərində qələbə rəhbərliyin və azarkeşlərin ona etimadını artıra bilər.

Son illərdə bu komandalar arasında baş tutan görüşlərdə aşkar favoritin kim olduğunu söyləmək çətindi. Bəlkə də kağız üzərində bakılılar daha üstün görünür. Abasov sabiq komandasının zəif və üstün cəhətlərinə daha yaxından bələddi. Ancaq meydan sahibləri istək və əzmkarlıq baxımından adlı-sanlı, ancaq hazırda heç də yaxşı günlərini yaşamayan rəqibindən geri qalmır. İnam və istək isə uğurun yarısıdı.

Sonda azarkeşlər barədə... "Neftçi" və "Qarabağ"ın Sumqayıta hər gəlişi ajiotaja səbəb olur. Təsadüfi deyil ki, ötən mövsümün III dövrəsinə təsadüf edən, "Mehdi Hüseynzadə"nin açılışında bu komandaların oyununda mövsümün azarkeş rekordu qırılmışdı. İnanaq və ümid edək ki, bu dəfə də eyni hala şahidlik edəcəyik. Hər iki komandanın azarkeşləri sevimlilərini yalqız buraxmayacaqlar. Necə deyərlər, futbol qol və azarkeşlərlə gözəldi. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri