Icma.az
close
up
RU
“Bu gün məktəb psixoloqu sıradan texniki işçiyə çevrilib” ŞƏRH

“Bu gün məktəb psixoloqu sıradan texniki işçiyə çevrilib” ŞƏRH

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda məktəb psixoloqları təhsil sistemində əhəmiyyətli rol oynasa da, bu rol çox vaxt görünməz qalır.

Təəssüf ki, bu gün məktəblərdə psixoloq problemi hələ də aktuallığını qoruyur və uşaqlar arasında depressiya, aqressiv davranışlar kimi psixoloji problemlərin artması bu məsələnin həllinə olan ehtiyacı göstərir.

Ştatda psixoloqlar olsa da, onların işlərini tam yerinə yetirməməsi və saylarının azlığı bu problemləri daha da dərinləşdirir.

Hətta apardığımız bəzi araşdırmalara əsasən, bir çox məktəblərdə mövcud olan psixoloqları əksər şagirdlər və müəllimlər belə tanımır.

Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov mövzunu belə şərh edib:

“Ölkə təhsilinə, təhsil sahəsi vasitəsilə dövlətçiliyimizə böyük sui-qəsd hazırlanıb. Təhsil elə bir sahədir ki, demək olar ki, hər bir insan bu və ya digər formada onunla əlaqədardır. Təhsildə baş verənlər insanlarda süni narazılıq yaradır, təhsilin təməlini və strukturunu dağıdır. Bu, çox qorxulu bir haldır.

Burada məsələ yalnız 1, 2, 3 və ya tək Emin Əmrullayevdən ibarət deyil; bütöv bir sistem işləyir. Hazırlanmış, təşkilatlanmış bir sistem fəaliyyət göstərir və bunun çox ciddi fəsadları ola bilər.

Bəli, məktəblərdə psixoloji iş əvvəldən düzgün yaradılmamışdır. Yaradılanlar isə dağıdılıb. Bu gün məktəb psixoloqu sıradan texniki işçiyə çevrilib. Yəni, 400–500 manat əmək haqqı alan bir şəxsdən məktəbdə psixoloji iş aparmağı tələb etmək absurd bir vəziyyətdir. Məktəblərin əksəriyyətində psixoloq ştatı yoxdur, və ya vakant yerlər uzun müddət doldurulmur. Bu, bilərəkdən belə uzadılır.

Ondan sonra tərbiyə işi də sıradan çıxarıldı. Çünki tərbiyə işi birbaşa psixoloji işlə bağlıdır. Psixoloqlardan sonra ikinci addım tərbiyə işləri üzrə direktor müavinlərinə qarşı atıldı. Əvvəlcə tərbiyə işləri üzrə direktor müavininin statusunu aşağı saldılar və dedilər ki, siz yalnız sinifdən kənar və məktəbdən xaric üzrə təşkilatçısınız. Bu, onların statusunun aşağı salınması demək idi. Halbuki məktəblərdə tərbiyə sisteminin önündə duran şəxslər məhz tərbiyə işləri üzrə direktor müavinləri idi”.

Elşən Qafarov qeyd edib ki, məktəblərdə psixoloji işin dağıdılması və hazırkı vəziyyətə salınması, o cümlədən tərbiyə işinin bu hala gətirilməsi nəticə etibarı ilə ümumi təhsil sistemində çox həssas və zəif nöqtələri məhv edib:

“Düşünürəm ki, bu məsələlər təsadüfi deyil. Mən mətbuatdayam və sosial şəbəkələrdə baş verənlərə qarşı ən qəti etirazımı bildirən bir təhsil mütəxəssisiyəm.

Amma reallıq ondan ibarətdir ki, ölkə təhsili, ölkədə təhsil sahəsində dövlətçiliyimizə qarşı doğrudan da böyük qəsd altındadır. Reallıq həm də ondan ibarətdir ki, atılan addımların əksəriyyəti bilərəkdən edilir. O cümlədən psixoloji iş də bilərəkdən dağıdılıb”.

Elşən Qafarov əlavə olaraq bildirib ki, məktəb psixoloqu yalnız texniki işçi qədər əmək haqqı alır:

“Məktəblərdə psixoloq kabinetləri yoxdur, kabineti olanların isə avadanlıqları mövcud deyil. ETN göstərsin ki, bir psixoloqa və ya psixoloq kabinetinə hansısa əyani kömək vasitələri verilib. Halbuki psixoloji işin təşkili, psixoloqların seminarları və təlimləri milyonlarla vəsait xərclənir. Amma ortada heç nə yoxdur. Bu, çox həssas bir nöqtədir.

Psixoloji iş dağıdıldıqdan sonra ölkə məktəblərində, ikinci addım olaraq, tərbiyə işi də dağıdılıb. Nəticə etibarilə bugün məktəblərimizdə baş verənlər məhz bu problemlərin nəticəsidir. Psixoloji işin və tərbiyə işinin dağıdılması səbəbindən hadisələr baş verir.

Bizim bildiyimiz qədər, son 2 ayda 4 məktəbdə bıçaqlanma hadisəsi baş verib. Məktəbdə digər çoxsaylı hadisələr də baş verir. Məktəb direktorları isə ictimailəşməməsi üçün əlindən gələni edirlər.

Elm və Təhsil Nazirliyinin funksional vəzifələrini yerinə yetirən şəxslər ölkə təhsilində, o cümlədən psixoloji və tərbiyə işinin dağıdılmasına şəxsən rəhbərlik ediblər. Yenə qeyd edirəm ki, burada bir-üç-beş nəfərin işi deyil; bu, təşkilatlanmış bir sistemdir, böyük bir sistemdir. Bu təşkilatlanmış sistem ölkə təhsilini sürətlə dağıdır, təhsilin təməlini və strukturunu məhv edir. Onlardan biri psixoloji işi, digəri isə tərbiyə işini təşkil edir və bu proses davam edir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri