Icma.az
close
up
RU
Bu gün həmin reallıq artıq tarixə çevrilib ŞƏRH EDİLDİ

Bu gün həmin reallıq artıq tarixə çevrilib ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Azərbaycan mühüm bir tarixi zəfərə imza atıb. Bu zəfərin qazanılmasından artıq beş ilə yaxın bir müddət keçir. Ötən il baş verən hadisələr isə bir daha göstərdi ki, Azərbaycan yalnız hərbi sahədə deyil, həm də diplomatik müstəvidə ciddi nailiyyətlər əldə edə bilib. Ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatik masada da uğurla qorundu və bu nailiyyətlər hüquqi müstəvidə möhkəmləndirildi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bu baxımdan, biz artıq tarixi zəfərimizin sadəcə hərbi aspektləri ilə yox, həm də onun nəticələrinin davamlılığı və gələcək təsirləri ilə maraqlanmalıyıq: "Zəfərin beş illiyi ərəfəsində bu qələbəni yalnız retrospektiv yox, həm də strateji baxış bucağından qiymətləndirmək vacibdir. Zəfərimiz təkcə 2020-ci ildəki hərbi qələbə ilə məhdudlaşmır – sonrakı dövrdə ölkəmizin həyata keçirdiyi tədbirlər bu uğurun davamlı olduğunu sübut etdi. Xüsusilə, 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın suveren hüquqlarının tam bərpası baxımından mühüm mərhələ oldu.

Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı quruculuq işləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpası həm iqtisadi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu ərazilərin yenidən ölkə iqtisadiyyatına inteqrasiyası, orada həyatın bərpası və əhalinin geri dönüşü dövlətin planlı və uzaqgörən siyasətinin göstəricisidir. Bütün bu proseslər birlikdə göstərir ki, xalqımızın əldə etdiyi zəfər son iki əsrlik tariximizdə analoqu olmayan bir hadisədir. Bu, sadəcə bir uğur yox, həm də möcüzə kimi qiymətləndirilə bilər. Çünki biz çox zaman ağılın qəbul edə bildiyi hadisələri reallıq, ağlın dərk etməkdə çətinlik çəkdiyi hadisələri isə möcüzə adlandırırıq. Heç kim düşünə bilməzdi ki, vaxtilə, təqribən 200 il əvvəl Qarabağ və Xankəndinə köçürülmüş erməni əhali bu torpaqlardan tamamilə çıxacaq və bölgə Azərbaycan dövlətinin suveren idarəçiliyinə qayıdacaq.

Bu gün həmin reallıq artıq tarixə çevrilib və Azərbaycan öz torpaqlarında ərazi bütövlüyünü tam bərpa edərək güclü, suveren dövlət kimi regionda söz sahibinə çevrilib. Bu, yalnız bir savaşın deyil, eyni zamanda bir xalqın iradəsinin, bir dövlətin milli həmrəyliyinin və liderliyinin təntənəsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Avqust 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri