Icma.az
close
up
RU
Milli Qəhrəman Şikar Aslanovun doğum günüdür

Milli Qəhrəman Şikar Aslanovun doğum günüdür

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. İgid oğullarımız Birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxdılar. İkinci Qarabağ müharibəsində isə qəhrəmanlıqla döyüşərək düşməni darmadağın etməklə qələbəni təmin etdilər. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Şücaətləri, igidlikləri örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin örnək götürüləcək qəhrəmanları isə çoxdur.

Vətənin bütövlüyü naminə şirin canından keçən oğulların qanları ilə yazdığı şanlı zəfər tariximiz qürur mənbəyimizdir. Torpaqlarımızın  bütövlüyü  uğrunda  şəhid olan vətənpərvər oğullarımızdan biri də Aslanov Şikar Davud oğludur.

Şikar 1970-ci il iyul ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1977-ci ildə Süleymanlı kənd orta məktəbinin birinci sinfinə getmiş, 1987-ci ildə həmin məktəbi bitirmişdir. 1988-ci ildə Sovet ordusu sıralarına çağırılan Şikar 1990-cı ildə ordudan tərxis olunur və doğma kəndinə dönür. Elə həmin ildə Cəbrayıl Rayon Daxili İşlər Şöbəsində post-patrul bölməsinə qəbul olunur.

1988-ci ildən başlayaraq ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları  gecə-gündüz onu rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atırdı. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək istəyirdi. 1991-ci ilin son aylarında o, Qarabağ uğrunda ölüm-dirim mübarizəsinə qatılır. Erməni işğalçılarının Vətənimizə basqını zamanı Şikar Aslanov da silaha sarılaraq döyüşə yollanır və ən qaynar döyüşlərin iştirakçısı olur.

1992-ci ilin iyun ayında Xocavənd rayonunun Sur kəndində Şikar piyadaların döyüş maşını ilə düşmənin neçə-neçə atəş nöqtəsini susdurur. Döyüşlərdə göstərdiyi şücaətə görə Şikar bir neçə dəfə komandirləri tərəfindən fərqləndirilmişdir. O, təkbaşına kəşfiyyata getməyə üstünlük verir, hər dəfə də dəqiq məlumatla geri dönərdi.

1992-ci ilin iyul ayı. "Şayaq" əməliyyatı... Cəsur polis işçisi Şikar Aslanovun şərəfli döyüş yolunun son səhifəsi... Bu döyüşdə snayper gülləsi onu başından ağır yaralayır. Şikar hospitala çatdırılsa da, onu ölümün pəncəsindən xilas etmək mümkün olmur. Vətənin igid oğlu gözlərini əbədi olaraq yumur.

Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Aslanov Şikar Davud oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir. Süleymanlı kənd orta məktəbi onun adını daşıyır.

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz həmin gün başlayan haqq savaşımız bizi sonda böyük Qələbəyə apardı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu darmadağın edərək döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, "Qarabağ bizimdir!",  "Qarabağ Azərbaycandır!"

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi alrtında 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində  yaşadığımız,  Şikar Aslanovun   həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür.

Azərbaycan bu şərəfli tarixi dövrdə həm də beynəlxalq müstəvidə haqq döyüşünün mübariz xalqı kimi tanındı. Uğurlu idarəçilik, peşəkar ordu quruculuğu, xalqının Prezidentinə etimadı, qətiyyətli liderinin ətrafında dəmir yumruq kimi birləşməsi Ermənistanın işğalçı ordusu üzərində qələbənin əldə olunmasını daha da sürətləndirdi.  Beləcə, 30 illik tarixi olan münaqişənin ədalətli həlli dünyada işğalçılığa göz yuman, bu niyyəti dəstəkləyən  digər işğalçı qüvvələrə də dərs oldu, həm də Azərbaycanın Müzəffər Ordusunun döyüş gücünü dünyaya, düşmənlərə göstərdi.

Müşfiq MİRZƏ
XQ      

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyul 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri