Bu gün milli televiziya və radio günüdür
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Azərbaycan televiziyasının 69, radiosunun isə 99 yaşı tamam olur.
Globalinfo.az xatırlayır ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub.
Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb.
1956-cı il noyabrın 6-da isə Bakıda Azərbaycan Televiziyası ilk dəfə efirə çıxıb. Bu hadisə Azərbaycan Teviziyasının yaranma tarixi sayılır.
Azərbaycan teleradiosu ötən illər ərzində milli-mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb.
Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir.
Qeyd edək ki, noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 06 Noyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















