Icma.az
close
up
RU
Bu gün ölkə olaraq qazandığımız hər bir uğurda Heydər Əliyevin imzasını görürük

Bu gün ölkə olaraq qazandığımız hər bir uğurda Heydər Əliyevin imzasını görürük

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Məlum olduğu kimi, 15 iyun Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin həyatında ciddi dönüş yaradan, şanlı tariximizdə dərin iz buraxan əhəmiyyətli ictimai-siyasi hadisədir. Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın yaşadığı o ağrılı-acılı günlər, düşdüyü o acınacaqlı durum hakimiyyətə ölkədə və dünyada baş verən siyasi prosesləri təhlil etmək və nəticə çıxarmaq, həmçinin cəsarətli addımlar atmaq qabiliyyətində, cəsarətində olan peşəkar qüvvələrin gəlməsini zəruri edirdi. O dövrdə idarəolunmaz vəziyyətə düşmüş dövlətin sükanı arxasına keçmək, qardaş qırğınının qarşısını almağın özü böyük risk, siyasi səriştə tələb edirdi. Heç bir siyasi təcrübəsi olmayan başıpozuq bir qrupun yarıtmaz idarəçiliyi üzündən süquta uğramaq təhlükəsi ilə üzləşən dövlətçiliyimiz, itirilməkdə olan müstəqilliyimiz məhz Ulu Öndər Heydər Əliyevin böyük məharəti sayəsində qorunub saxlanıldı, möhkəmləndi. Ölkəmizin sayılıb-seçilən ziyalıları, ictimai-siyasi xadimləri Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək müstəqil Azərbaycan dövlətinin məhv olmasına, parçalanmasına imkan vermədilər. Dahiliyin, vətənpərvərliyin, cəsarətin, siyasi səriştənin bütün vacib elementlərini özündə cəmləşdirən Ümummilli liderin missiyanın əsas hədəfi bəlli idi; Azərbaycan dövlətini və onun müstəqilliyini qorumaq, xalqı xilas etmək.

Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyev hələ Sovet dönəmində Azərbaycana rəhbərlik edəndə iqtisadiyyatın, mədəniyyətin, təhsilin və digər sahələrin bütün istiqamətlərində inkişafa nail ola bilmişdi. O, həyatı bahasına daim Azərbaycan xalqını, dövlətin milli maraqlarını müdafiə edib. Güclü dövlət güclü kadr potensialının yaradılmasından keçir, prinsipini daim rəhbər tutan Heydər Əliyev məktəblilərin, universitet tələbələrinin təhsilinə hər zaman dəstək verib, onların xarici ölkələrdə təhsilini təmin edib. Milli maraqları qoruduğu üçün sovet dövründə Moskvada Heydər Əliyevə münasibət birmənalı deyildi. Ona millətçi damğası vurmağa çalışırdılar. Təəssüf ki, müəyyən qüvvələr Ulu öndərin hələ sovet dövründə başlatdığı mübarizənin, fəaliyyətin başa çatdırılmasına imkan vermədilər. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ulu Öndər ikinci dəfə Bakıya gələndə ilk işi ölkədəki xaosun, qardaş qırğınının, separatçılığın, aclığın, səfalətin qarşısını almaq oldu. O, həyatını təhlükə altında qoyaraq hərc-mərcliyin tuğyan etdiyi Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Ümummilli Lider Heydər Əliyevin yürütdüyü siyasət qısa zaman ərzində nəticə verdi, ölkəmizin qüdrəti, nüfuzu artdı, Silahlı Qüvvələrimiz gücləndi, dövlət quruculuğunda ciddi addımlar atıldı.

Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər Azərbaycan xalqına qoyub getdiyi ən dəyərli miras müstəqil dövlət, milli ruha bağlı xalq, vətənpərvər gənclik və heç şübhəsiz ki, peşəkar, güclü sərkərdə İlham Əliyevdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın ən nüfuzlu, güclü ölkələrindən birinə çevrilib. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşdır. Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında 24 saatlıq hərbi əməliyyatlar nəticəsində tam azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Prezident İlham Əliyev bununla ata vəsiyyətini yerinə yetirdi, onun missiyasını tamamladı. Bu gün üçrəngli Azərbaycan Bayrağı Şuşada, Xankəndidə - bütün rayonlarımızda dalğalanır. Ulu Öndərin azərbaycançılıq ideologiyası bu gün ölkəmizdə sülh və sabitliyin hökm sürməsinin şərtləndirir.

Ən əsası, 15 İyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir, tariximizin şanlı, qürurlu səhifəsidir. Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması məhz Heydər Əliyevin sayəsində mümkün oldu.

Sərdar Balayev,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri