Icma.az
close
up
RU
Heydər Əliyevin siyasi kursunun bəhrələrini görürük ŞƏRH EDİLDİ

Heydər Əliyevin siyasi kursunun bəhrələrini görürük ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycan xalqı Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin doğum gününü daim xüsusi fəxr və qürurla xatırlayır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dünya durduqca xalqımızın yaddaşından silinməyəcək və qəlbində yaşayacaq: "Məlumdur ki, Heydər Əliyev hələ Dövlət Təhlükəsizliyi Xidməti sıralarında çalışdığı dövrdə daim təhlükəsizlik orqanlarının milliləşməsi ilə bağlı çox ciddi siyasət həyata keçirib. Ölkədə milli kadrların yetişdirilməsi, bu sahədə milli gənclərin, vətənpərvər insanların irəli çəkilməsi prosesi onun əsas iş prinsipi olmuşdur. Ondan sonrakı dövrlərdə də Azərbaycana rəhbərlik etdiyi illərdə, 1969-cu ildən sonra ölkəmizin bütün istiqamətlərdə inkişafına, həm iqtisadi, həm mədəni sahələrdə tərəqqi etməsində Ulu Öndər Heydər Əliyevin çox böyük xidmətləri olub. Onun birbaşa rəhbərliyi ilə ittifaq ölkələri arasında geri sıralarda qalmış Azərbaycan qabaqcıl ölkələr sırasına gəlib çatıb.

Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrlərdə də Ulu Öndərimiz həm Sovetlər birliyi ölkələrinə, eyni zamanda Azərbaycanın inkişafına çox böyük diqqət ayırıb. Biz xüsusilə də, Heydər Əliyevin siyasi fəaliyyətinin sonrakı illərdəki dövrünə nəzər salacağıq. Burada Naxçıvan dövrü də çox böyük əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrlərdə də Azərbaycanın üçrəngli bayrağını ilk dəfə Naxçıvanda qaldırmağa nail olmuşdu. Bu da xalqımızın yaddaşından silinməyəcək hadisə idi. Naxçıvanın müdafiə olunması, erməni işğalçıları tərəfindən Naxçıvanın işğalı ilə bağlı bir çox cəhdlər olmuşdu ki, Ulu Öndərin rəhbərliyi ilə bu hücumların qarşısı alınmışdı.

Sonrakı dövrlərdə də Azərbaycan uçurum qarşısında idi. 90-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyət boşluğu var idi. İnsanlar gələcəyə ümidlərini itirmişdilər. Ölkəmiz vətəndaş müharibəsi təhlükəsi qarşısında idi. Həmin dövrdə siyasi ambisiya həyata keçirən, bəzi hallarda isə xəyanətkar mövqe tutmuş şəxslər ölkədə çox ciddi siyasi boşluqlar yaratmışdılar. Ermənistanın işğalçılıq siyasəti həyata keçirilirdi. Bir tərəfdən Azərbaycanın suveren əraziləri durmadan Ermənistan tərəfindən işğal olunurdu, Bakıda isə hakimiyyət davası gedirdi. AXC Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində ölkəmiz məhv olmaq üzrə idi. Bu çətin dövrdə Azərbaycan xalqı böyük oğluna, Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Azərbaycan xalqının dəvəti ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldi. İlk növbədə vətəndaş müharibəsinin qarşısını aldı. Ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması istiqamətində ciddi addımlar atdı. Daxili sabitliyin qorunub saxlanılması da əsas məsələlərdən biri oldu. Eyni zamanda cəbhədə də Ermənistanın işğalını dayandırmaq istiqamətində Ulu Öndər çox böyük səylər göstərdi və buna nail oldu".

"Sonrakı illərdə ilk növbədə iqtisadi tərəqqi Ulu Öndərin uğurlu neft strategiyası, Azərbaycan iqtisadiyyatının dirçəldilməsi və ordu quruculuğu prosesi önəm daşıyan məsələlərdən idi. Ulu Öndər Heydər Əliyevin bu gün Azərbaycanın güclü və qüdrətli olmasında siyasi kursunun bəhrələrini görürük. Azərbaycan Prezidenti İlham Əliyev də bu siyasi kursun layiqli davamçısı kimi bu kursa sadiq olan ölkə rəhbəridir. Ölkəmiz dünya birliyində böyük nüfuza malikdir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki inamlı tarixi qələbəsi, ərazi bütövlüyümüzün tam bərpa edilməsi məsələsi, iqtisadi yüksəliş Azərbaycanın dünyada artan nüfuzu, dünya miqyaslı layihələrə ev sahibliyi etməsi ölkəmizin bir daha qüdrətini və inkişafını göstərir" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri