Icma.az
close
up
RU
Bu gün onların günüdür: Sol əllə tarix yazan məşhurlar

Bu gün onların günüdür: Sol əllə tarix yazan məşhurlar

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün onların günüdür... Dünyanın sağ əllilər üçün qurulmuş qaydalarına sol əllə uyğunlaşanların... Qayçını əlinə götürəndə çətinlik çəkən, yazı yazarkən mürəkkəbi əlinə bulaşdıran, məktəb partasından tutmuş gündəlik istifadə etdiyi bir çox əşyaya qədər sağ əllilər üçün düşünülmüş dünyada yaşayan solaxayların...

13 avqust Beynəlxalq Solaxaylar Günüdür

Modern.az saytı bu gün münasibətilə solaxaylığın tarixçəsini və dünya tarixində iz qoymuş məşhur solaxayları araşdırıb.

Solaxayların ayrıca gününün olması ideyası ötən əsrin 70-ci illərində ortaya çıxıb. Zaman - 1976-cı il. Məkan -ABŞ... Amerikalı Din R. Kempbell avqustun 13-nü solaxaylara həsr olunmuş gün elan edir. Ancaq həmin vaxt bu təşəbbüs indiki qədər geniş yayılmır.

Aradan 14 il keçir. 1990-cı ildə Böyük Britaniyada “Left-Handers Club” yaradılır. Klub 1992-ci il avqustun 13-də ilk Beynəlxalq Solaxaylar Gününü keçirir. Məqsəd solaxayların gündəlik həyatda qarşılaşdıqları çətinlikləri göstərmək, sağ əllilər üçün adi görünən bəzi əşyaların solaxaylar üçün heç də rahat olmadığını anlatmaq idi. Beləcə, 13 avqust solaxayların təqvimdəki gününə çevrilir.

Dünyada onların sayı az deyil. Elmi araşdırmaların nəticələri müəyyən qədər fərqlənsə də, ümumi göstərici dünya əhalisinin təxminən 10 faizinin solaxay olduğunu deməyə əsas verir. Yəni təxminən hər 10 nəfərdən biri...

Amma solaxay olmaq həmişə indiki qədər adi qəbul edilməyib. Vaxtilə bir çox ölkələrdə sol əllə yazan uşaqları sağ əllə yazmağa məcbur edirdilər. Məktəbdə müəllim, evdə valideyn uşağın sol əlindən istifadə etməsini dəyişdirilməli vərdiş hesab edə bilirdi. İndi qəribə səslənir. Amma tarixdə məşhurlaşmış bəzi insanların həyatında da bunun izləri qalıb.

Güzgüdə oxunan yazı - Leonardonun sol əlinin izi 

Məsələn, Leonardo da Vinçi...

Dünya rəssamlığının ən böyük adlarından biri, “Mona Liza”nın müəllifi solaxay idi. Leonardonun əlyazmalarında maraqlı bir xüsusiyyət var. O, qeydlərinin əhəmiyyətli hissəsini sağdan sola - güzgü yazısı ilə yazırdı. Yazını adi qaydada oxumaq çətindir, güzgünün qarşısına tutanda isə hər şey aydınlaşır.

Tədqiqatçılar bunun səbəblərindən birini Leonardonun solaxay olması ilə əlaqələndirirlər. O dövrdə mürəkkəblə soldan sağa yazan solaxayın əli yazının üzərindən keçərək mürəkkəbi yaya bilərdi. Sağdan sola yazanda isə bu problem azalırdı. Beləcə, əsrlər sonra Leonardonun əlyazmaları onun təkcə nə düşündüyünü deyil, necə yazdığını da bizə göstərir.

Başqa bir İntibah dahisi - Mikelancelo ilə bağlı məsələ bir qədər fərqlidir. Belə ki, tarixi faktlar onun təbii solaxay olduğunu göstərsə də, Mikelancelo əsasən sağ əli ilə işləyib. Araşdırmalara görə, o, sol əlindən daha çox çəkic vurmaq və mərmər üzərində işləmək kimi güc tələb edən işlərdə istifadə edib.

Ağ Evdə solaxay prezidentlər

Solaxayların izi təkcə rəssamlıq tarixində deyil. Ağ Evdə də onların sayı kifayət qədər olub.

ABŞ-nin keçmiş prezidentləri Cerald Ford, Corc H. V. Buş, Bill Klinton və Barak Obama solaxay olublar. Maraqlı məqam 1992-ci il prezident seçkilərində yaşanıb. Prezidentlik uğrunda mübarizənin əsas rəqibləri Corc H. V. Buş və Bill Klinton idi. Hər ikisi solaxay...

Seçkidə Klinton qalib gəldi. Bununla da ABŞ-də prezidentlik kürsüsündə solaxayların ardıcıl hakimiyyəti davam etdi: Buş 1989-1993-cü, Klinton isə 1993-2001-ci illərdə Ağ Evə rəhbərlik etdi.

Ronald Reyqanın adı da solaxay prezidentlər sırasında çəkilir. Amma burada bir qədər fərqli məqam da diqqət çəkir. Belə ki, Reyqan sağ əli ilə yazırdı. Bununla belə, onun solaxay olduğu, uşaqlıqda isə sağ əllə yazmağa alışdırıldığı barədə məlumatlar mövcuddur.

Çörçill doğrudanmı solaxay idi?

Məşhur solaxaylardan söz düşəndə Uinston Çörçillin adı da tez-tez hallandırılır. Amma bu, illərdir təkrarlanan yanlış məlumatlardan biridir. Beynəlxalq Çörçill Cəmiyyətinin məlumatına görə, Böyük Britaniyanın məşhur baş naziri solaxay olmayıb. Onun sağ əllə yazdığını göstərən foto və sənədlər var.

Musiqi dünyasına keçək...

Səhnədə solaxay gitarası ilə görünüşü artıq musiqi tarixinin bir parçasına çevrilən Pol Makkartni ən məşhur solaxay musiqiçilərdəndir. “The Beatles”ın üzvünün solaxay Höfner bas-gitarası zamanla onun səhnə obrazının ayrılmaz hissəsinə çevrilib.

Amma rok tarixində solaxay gitara deyiləndə başqa bir ad da yada düşür: Cimi Hendriks...

Hendriks sağ əllilər üçün hazırlanmış gitaranı çevirib solaxay vəziyyətdə çalması ilə tanınırdı. Bu detal sonradan onun səhnə obrazının ən yadda qalan xüsusiyyətlərindən birinə çevrildi.

Sol əllə oynayan hər kəs solaxay deyil

İdman dünyasında isə məsələ bir qədər başqadır. Bəzən sol əllə oynayan idmançı əslində solaxay olmur. Məsələn, Rafael Nadal...

Onu kortda izləyən adam Nadalın solaxay olduğuna şübhə etməz. Tennis raketkası sol əlindədir, məşhur forehand zərbələrini də həmin əllə vurur. Amma Nadal gündəlik həyatda sağ əllidir, sağ əli ilə yazır. Uşaqlıqda tennisə başlayarkən ikiəlli forehand oynayan Nadal sonradan sol əllə oynamağa keçib. Beləcə, tennis tarixinin ən məşhur “solaxaylarından” biri əslində gündəlik həyatda sağ əlli insandır.

Qolf əfsanəsi Fil Mikelsonun hekayəsi də maraqlıdır. Onun ləqəbi elə “Lefty”dir - “Solaxay”. Amma Mikelson da gündəlik həyatda sağ əllidir.

Bəs qolfu niyə sol tərəfdən oynayır?

Səbəbi uşaqlığına gedib çıxır. Balaca Fil atasının qarşısında dayanaraq onun qolf hərəkətlərini güzgüdəki əks kimi təkrarlayıb. Atası sağ tərəfdən oynadığı üçün qarşısında dayanan oğul hərəkətləri sol tərəfdən mənimsəyib. Uşaqlıq təqlidi sonradan onun peşəkar üslubuna çevrilib.

Sağ əllilər üçün qurulmuş dünyada...

Leonardo sol əli ilə təkcə yazmayıb, əsrlər sonra da oxunan iz qoyub. Prezidentlər sol əllə sənədlərə imza atıblar, musiqiçilər gitaranın istiqamətini dəyişiblər, idmançılar rəqiblərini sol tərəfdən gələn zərbələrlə çaşdırıblar.

Bu gün dünyada təxminən hər on nəfərdən biri solaxaydır. Onların arasında dahilər də olub, prezidentlər də, musiqiçilər də, dünya çempionları da...

13 avqust isə onların günüdür - sağ əllilər üçün hazırlanmış dünyada sol əllə öz yolunu tapanların...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri