Icma.az
close
up
RU
Bu gün onların peşə bayramıdır Tarix təsadüf seçilməyib

Bu gün onların peşə bayramıdır Tarix təsadüf seçilməyib

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

9 iyul Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır. Bu tarix təsadüfi seçilməyib. Məhz 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyi haqqında müvəqqəti təlimat qəbul edilmiş və bununla milli diplomatik xidmətin institusional əsasları formalaşdırılmışdır. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 9 iyul diplomatik xidmət əməkdaşlarının peşə bayramı elan edilmişdir.

Müsəlman Şərqində ilk demokratik respublikanın qurucuları tərəfindən təməli qoyulan milli diplomatiya, bu gün özünün ən parlaq və məhsuldar dövrünü yaşayır. Azərbaycan diplomatiyası ötən əsrdə mürəkkəb tarixi sınaqlardan keçərək bu gün regionun ən peşəkar və təsirli diplomatik məktəblərindən birinə çevrilib, yeni geosiyasi reallıqlara uyğun şəkildə uğurla davam etdirilir. Müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Son illər Azərbaycan diplomatiyası təkcə regional deyil, qlobal geosiyasi proseslərin formalaşmasında mühüm rol oynayan, beynəlxalq münasibətlər sisteminin ən dinamik, prinsipial və nüfuzlu aktorlarından birinə çevrilib. Ölkəmizin yürütdüyü praqmatik və balanslaşdırılmış xarici siyasət kursu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadını misilsiz dərəcədə artırıb. Bunun ən bariz nümunələrindən biri kimi, Azərbaycanın beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürdüyü namizədlərin tam dəstək qazanması, ölkəmizin qlobal institutlardakı təmsilçiliyini və nüfuzunu tarixi səviyyəyə yüksəldib. Azərbaycan BMT-nin İnsan Hüquqları Şurası və digər mötəbər insan hüquqları komitələrinə mütəmadi seçilməsi, ölkəmizin qlobal hüquq sistemindəki yerini möhkəmləndirmişdir. Qoşulmama Hərəkatına dörd il ərzində uğurla rəhbərlik edilməsi və bu müddətdə qurumun institusionallaşması istiqamətində atılan addımlar milli diplomatiyamızın çoxtərəfli münasibətlər sistemindəki liderlik potensialını sübuta yetirmişdir.

Azərbaycanın diplomatik uğurları həm də transmilli layihələrin və enerji təhlükəsizliyinin təmin olunmasında özünü göstərir. Avropanın enerji xəritəsinin yenidən yazılmasında Bakının atdığı strateji addımlar, ölkəmizi beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanıdıb. Ölkəmiz qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi çıxış edir və transmilli layihələr ölkəmizin beynəlxalq arenada strateji tərəfdaş imicini daha da möhkəmləndirir. Bunun məntiqi davamı kimi, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin birləşdirilməsi məqsədilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin ekoloji diplomatiya sahəsindəki uğurudur. Bu mötəbər tədbir Bakını qlobal ekoloji və humanitar qərarların qəbul edildiyi mərkəzə çevirmişdir. Bu hadisə Azərbaycanın çoxtərəfli diplomatiyasının ən mühüm nailiyyətlərindən biri oldu. COP29 çərçivəsində qəbul olunan mühüm qərarlar Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlığa verdiyi töhfəni bir daha təsdiqlədi.

2026-cı ildə Azərbaycan diplomatiyası üçün uğurlu nəticələrlə yadda qaldı. Ölkəmiz BMT-nin nüfuzlu müqavilə orqanlarında – Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitədə (CEDAW), İnsan Hüquqları Komitəsində (ICCPR), İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsində (CESCR), Miqrant İşçilərin Hüquqlarının Müdafiəsi Komitəsində (CMW) və İşgəncələrə Qarşı Komitədə (CAT) öz nümayəndələrinin seçilməsinə nail oldu. Bu il həm də Bakıda WUF-13 təşkil edildi və s. Bu nəticələr Azərbaycanın insan hüquqları, beynəlxalq hüquq və çoxtərəfli əməkdaşlıq sahəsində artan etimadının və diplomatik nüfuzunun mühüm göstəricisidir.

Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT və digər beynəlxalq platformalar xüsusi yer tutur. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlar arasında dialoqun təşviqinə, enerji təhlükəsizliyinə, nəqliyyat-kommunikasiya layihələrinin inkişafına, humanitar əməkdaşlığa və sivilizasiyalararası qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfələr verir.

Həmçinin, son illərdə Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması, Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığın dərinləşməsi, Türk dünyasında inteqrasiyanın genişlənməsi və Yaxın Şərq, Afrika, Asiya və Latın Amerikası dövlətləri ilə əlaqələrin intensivləşməsi Azərbaycanın çoxşaxəli xarici siyasət strategiyasının uğurunu nümayiş etdirir.

Ən nəhayət, Vətən müharibəsindən sonra - Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra yaranmış Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıqların beynəlxalq müstəvidə qəbul etdirilməsi də Azərbaycan diplomatiyasının mühüm nailiyyətlərindəndir. Milli diplomatiyamızın əsas prioriteti hazırda regionda davamlı sülhün, təhlükəsizliyin və çoxşaxəli əməkdaşlıq formatlarının təmin edilməsidir. Beynəlxalq hüququn norma və prinsiplərinə söykənən müstəqil xarici siyasət xətti, regional nəqliyyat-kommunikasiya dəhlizlərinin, o cümlədən Orta Dəhlizin inkişafı vasitəsilə regionun iqtisadi inteqrasiyasını sürətləndirir.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çevik, prinsipial və milli maraqlara əsaslanan xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq mövqelərini sarsılmaz etmişdir. Peşəkar diplomatik korpusun gərgin fəaliyyəti nəticəsində qazanılan bu siyasi kapital, ölkəmizin gələcək inkişafının və dünya birliyindəki ali statusunun ən etibarlı təminatıdır.

9 İyul təkcə peşə bayramı deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, milli maraqlarının qorunması uğrunda çalışan diplomatların əməyinə verilən yüksək qiymətin ifadəsidir. Bu gün Azərbaycan diplomatiyası milli maraqlara sadiqlik, peşəkarlıq, çeviklik və strateji baxış prinsiplərinə söykənərək ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

Əminliklə demək olar ki, güclü dövlətin güclü diplomatiyası Azərbaycanın milli maraqlarının etibarlı təminatçısı olaraq bundan sonra da ölkəmizin beynəlxalq uğurlarına mühüm töhfələr verəcəkdir.

Siyasi şərhçi Əhməd Abbasbəyli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 İyul 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri